Dünya futbolu
“Beşiktaş” Rebiçi icarəyə götürmək istəyir
“Milan”ın vidalaşmaq istədiyi Ante Rebiçə yeni müştəri tapılıb. Almaniya klublarının da maraqlandığı xorvat hücumçunun “Beşiktaş”da görünmək ehtimalı var.
Futbolinfo.az xəbər verir ki, İstanbul klubu oyunçunu yalnız icarə əsasında heyətinə qatmağa çalışır. Transfer qiymətinə görə onu almaq şansı yüksək olmayan “Beşiktaş”, “rossonyerlər”in Rebiçi Türkiyəyə bir illik göndərəcəyinə ümid edir. Lakin yüksək ödənişli oyunçunun maaşı onların tərəddüdünə səbəb olub. 4-5 milyon avro illik maaş təklifinə Rebiçin nə cavab verəcəyi bilinmir.
2019-cu ildən “Ayntraxt”dan transfer edilən hücumçunun müqaviləsi 2025-ci ilin yayında bitəcək. Amma “Milan” onun xidmətində maraqlı deyil. Müştəri tapılacağı təqdirdə Rebiç elə bu yay yola salınacaq. Ante ilə ən çox keçmiş klubu maraqlanır. Gəl ki, frankfurtlular da onun üçün böyük məbləğ ödəmək niyyətində deyil.
- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-29 08:00
Avrokuboka vəsiqə üçün vacib qələbələr: Sumqayıtda hakimlər də iş başında idi
- Ölkə futbolu2024-04-29 09:25
“Nitsa” Benzianı istəyir
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib