Dünya futbolu
“Beşiktaş”ın yeni “7 nömrə”si
“Milan”ın futbolçusu Ante Rebiç “Beşiktaş”la müqavilə bağlamaq üçün İstanbula gedib. Xorvat hücumçu hava limanında “Beşiktaş” şərfi ilə şəkil çəkdirib.
O, türkiyəli jurnalistlərə açıqlamasında “Beşiktaş”da 7 nömrəli formanı geyinəcəyini bildirib. Bu isə o deməkdir ki, transfer həllini tapıb, sadəcə, rəsmən açıqlanması qalıb.
29 yaşlı futbolçu ilə 3 illik müqavilə imzalanacağı gözlənilir.
Qeyd edək ki, 2019-cu ildən “Milan”da çıxış edən Rebiç “qırmızı-qaralar”da ümumilikdə 127 oyuna 29 qol vurub, 14 qol ötürməsi edib.
- Premyer-liqa2024-05-04 21:21
“Neftçi” “Qarabağ”a böyük hesabla uduzdu
- Ölkə futbolu2024-05-03 15:05
“Neftçi”nin transfer etmək istədiyi futbolçu Danimarkada həbsdə olub – cinsi təcavüzə görə
- Digər idman növləri2024-05-03 13:25
Tanınmış idmançılarla – öncə master-klas, sonra birgə məşq
- Ölkə futbolu2024-05-03 14:00
“Neftçi”nin riskli seçimi: lazımsız legionerlə 4 illik müqavilə bağlayırlar