Dünya futbolu
Bir dəqiqəlik sükut zamanı Vinisiusu təhqir etdilər
Futbol üzrə İspaniya La Liqasının 22-ci turunun “Osasuna” – “Real” matçı zamanı xoşagəlməz hadisə yaşanıb.
Futbolinfo.az xəbər verir ki, matçdan öncə Türkiyə və Suriyada baş verən zəlzələ qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilərkən, azarkeşlərdən biri “Real”ın hücumçusu Vinisius Junioru təhqir edib.
Tribunadakı həmin azarkeş sükutu pozaraq bu sözləri qışqırıb: “Vinisius, sən fahişənin oğlusan!”
Xatırladaq ki, Vinisius bu mövsüm irqçilik zəminində bir neçə dəfə azarkeşlərin təhqirlərinə məruz qalıb.
“Osasuna” ilə görüşdə “Real” 2:0 hesabı ilə qalib gəlib.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”