Ölkə futbolu
Blaziç “Neftçi” ilə 2 illik müqavilə bağlayacaq: Fransada ondan məmnun deyilmişlər
Fransanın “Anje” klubunun futbolçusu Miha Blaziç “Neftçi” ilə müqavilənin şərtlərini razılaşdırıb. Sloveniya millisinin üzvü münasibətləri rəsmiləşdirmək üçün “ağ-qaralar”da baş məşqçinin təyinatını gözləyir.
Futbolinfo.az saytının Fransa mətbuatına istinadla məlumatına görə, 30 yaşlı mərkəz müdafiəçisinin bu keçidi ən çox “Anje” rəhbərliyini və azarkeşlərini sevindirib. Çünki fransızlar onun ötən mövsümdəki çıxışından razı qalmayıblar.
“Miha Blaziç Bakıya uçmaq üzrədir. Ötən yay “Ferensvaroş”dan azad agent kimi gələn sloveniyalı uğursuz mövsüm keçirdi. Onun “Neftçi”yə transferi müdafiəçidən məmnun olmayan “Anje” azarkeşlərini sevindirəcək. Blaziç “Neftçi” ilə 2 illik müqavilə imzalayacaq”, – deyə məqalədə yazılıb.
Qeyd edək ki, Miha Blaziç geridə qalan mövsüm Fransa Liqa 1-də 26 oyun keçirib. “Anje” çempionatda sonuncu yeri tutaraq, Liqa 2-yə düşüb.
- Milli komanda2024-05-06 15:32
Millimizin yoldaşlıq oyununda daha bir rəqibi müəyyənləşdi
- Milli komanda2024-05-08 12:17
Millimizin gələcək baş məşqçisi Bakıya gəlir
- Digər idman növləri2024-05-06 17:45
AVF rəhbərliyi Antalyada milli üzvləri ilə görüşdü
- Milli komanda2024-05-07 14:20
Kunts – AFFA-nın, yoxsa Nəsirovun namizədi?