Digər idman növləri
Boksçularımız beynəlxalq turnirdə 14 medal qazanıb
Rumıniyanın Ploişti şəhərində yeniyetmə və gənc boksçular arasında “Drakula” beynəlxalq turniri keçirilib.
Futbolinfo.az xəbər verir ki, Azərbaycan milli komandası yarışı 14 (6-3-5) medalla başa vurub.
Bu mükafatlardan 11-ni yeniyetmə boksçularımız qazanıb. Baş məşqçisi Vaqif Kazımov və məşqçi Teymur Məmmədov rəhbərliyi altında Bağır Əmirxanlı (52 kq), Sübhan Babayev (54 kq), Rza Rzayev (70 kq) və Səftər Məmmədzadə (+80 kq) bütün rəqiblərinə qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Zakir Həsənzadə (48 kq), Kənan Aslanlı (63 kq), Valeh Eyvazlı (66 kq) ikinci, Əli Məmmədov (46 kq), Raul Heydərli (52 kq), Haqverdi Həsənov (57 kq) və Nurlan Abışov (60 kq) üçüncü yeri tutublar.
Qızıl medal qazanan Sübhan Babayev, həmçinin turnirin ən yaxşı boksçusu seçilib. Yığmamız komanda hesabında 1-ci yeri tutub.
Gənclərdən ibarət millinin baş məşqçisi Elbrus Rzayev və məşqçi Elvin Məmişzadənin rəhbərlik etdiyi komandada Bilalhəbəşi Nəzərov (48 kq) və Məhəmmədəli Qasımzadə (60 kq) bütün rəqiblərindən güclü olaraq, 1-ci pillədə qərarlaşıblar. Tağı Nəsibov (57 kq) isə bürünc medala yiyələnib.
Məhəmmədəli Qasımzadə turnirin ən yaxşı boksçusu adına layiq görülüb. Bu yaş qrupunda millimiz isə komanda hesabında 3-cü olub.
Qeyd edək ki, “Drakula”da Azərbaycanı hakim kimi Qalib Əbiyev təmsil edib.
- Premyer-liqa2024-04-14 20:55
“Qarabağ” “Sabah”a uduzdu
- Premyer-liqa2024-04-14 22:16
“Bir rəqiblə 4 dəfə oynamaq bizim üçün maraqsızdır” – Qurbanov
- Ölkə futbolu2024-04-15 10:17
“Qarabağ” üçün daha iki potensial rəqib
- Ölkə futbolu2024-04-16 13:19
AFFA-da fırtınaqabağı sakitlik: maliyyə yoxlaması davam edir