Ölkə futbolu
Bölgələrə yeni turnenin səbəbi – AFFA rəhbərliyinin adı sıyahidan çıxarılıb
Elxan Məmmədov yenə xurcununu salıb çiyninə, rayonları gəzir. 14 ildi bölgələrin yolunu tanımayan AFFA-nın icraçı vitse-prezidentinin səfərlərində, indi ayılmasında şəxsi məqsədi var.
Federasiyaları gəzib islahatlara start verən yeni gənclər və idman naziri Fərid Qayıbovu yamsılamaqda olan Məmmədov ilk dəfə belə səfərləri milli komandaların faciəvi çıxından sonra artan narazılıqları azaltmaq üçün etmişdi. Yerli məşqçi təyinatının qarşısını alıb Canni de Byazinin yenidən postunda qalmasını təmin edən Elxan bəyin bu həftə Şamaxı və İsmayıllıda görünməsinin isə başqa səbəbi var.
Dövlət başçısının “Qarabağ”ı qəbul etməsindən və tədbirə AFFA-dan heç kimin çağırılmamasından sonra icraçı vitse-prezidentin kürkünə birə düşüb. Dəvətlilər siyahısından AFFA prezidenti Rövnəq Abdullayevin və Məmmədovun adının çıxarılmasından, onların üstündən ən yüksək səviyyədə qara xətt çəkilməsindən sonra Məmmədov stressə düşüb, nəfəs almaq üçün rayonlara gəzintiyə çıxıb.
Dövlət rəhbərliyi futbolda uğur qazanmağın mümkün olduğunun fərqindədi və AFFA rəhbərliyinin yartımaz fəaliyyətindən narazıdı. Abdullayevlə Məmədovun adının üstündən xətt çəkilməsi bir yana, prezident İlham Əliyev çıxışında da sərt mesajlar verdi. “Qarabağ”ın ölkə futbolunun flaqmanı adlandırılması, digər komandalardan da eyni uğurun gözlənilməsi haqda sitatlar elə AFFA rəhbərliyinin məzəmmət edilməsi sayılmalıdı.
Məmmədov elə bu səbəbdən tələm-tələsik rayonlara üz tutub. Qəfil islahatlar başlamasa da, proseslərin onların sonunu gətirməyə doğru getdiyini gözəl bilir. Fon yaratmaqla, özünü işgüzar məmur kimi göstərməklə məşğuldu.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”