Dünya futbolu
Bombardirlə yeni müqavilə imzalandı
İtaliyanın “Latsio” klubu hücumçusu Çiro İmmobilenin müqaviləsini yeniləyib.
Futbolinfo.az xəbər verir ki, 30 yaşlı hücumçuyla müddəti 2025-ci ilin yayına qədər olan yeni sözləşmə imzalanıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
İmmobile son mövsümdə İtaliya A Seriyasında 36 qolla bombardir olub və “qızıl buts” mükafatını qazanıb.
“Yuventus”un yetirməsi olan İmmobile karyerası ərzində “Syena”, “Qrosseto”, “Peskara”, “Cenoa”, “Torino”, “Borussiya” (Dortmund) və “Sevilya”da da çıxış edib. O, 2014-cü ildən İtaliya yığmasına da dəvət alır. Çiro 2016-cı ildən “Latsio”nun uğurları üçün çalışır.
- Ölkə futbolu2024-04-19 21:00
“Sumqayıt” avrokubok iddiasını davam etdirir
- Premyer-liqa2024-04-19 18:26
“Turan Tovuz” “Sumqayıt”a böyük hesabla məğlub oldu
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq