Dünya futbolu
Bonuççi İstanbul klubuna keçir
“Union Berlin”nin futbolçusu Leonardo Bonuççi karyerasını Türkiyədə davam etdirə bilər. 36 yaşlı müdafiəçi ilə “Fənərbağça” maraqlanır.
Futbolinfo.az xəbər verir ki, İstanbul təmsilçisinin Bundesliqa klubundan ayrılmaq istəyən italiyalı mərkəz müdfiəçisi ilə yaxın danışıqlara başlayıb. Bunu futbolçunun meneceri də təsdiqləyib. Almaniya mətbuatı isə Bonuççinin komanda yoldaşları ilə vidalaşdığını yazıb.
Qeyd edək ki, Bonuççi 2023-cü ilin yayında azad agent statusu ilə “Union Berlin”ə keçib. O, Bundesliqa təmsilçisinin heyətində 10 matçda meydana çıxıb və 1 qol vurub.