Dünya futbolu
“Borussiya” onları itirəcək
Dortmund “Borussiya”sı yayda iki futbolçusunu itirəcək. Mahmud Daud və Rafael Gerreyro bitməkdə olan müqavilələrini yeniləməkdən imtina edib. Onlar azad agent kimi başqa kluba keçəcəklər.
Futbolinfo.az xəbər verir ki, Dauda bir sıra böyük klubdan ciddi maraq var. “Sevilya”, “Yuventus”, “İnter” və “Napoli” onu heyətinə qatmaqda maraqlıdır. 6 il öncə Münhenqladbax “Borussiya”sından gələn 27 yaşlı Suriya əsilli yarımmüdafiəçi bu variantlardan birini seçəcək.
Gerreyronun da müştəriləri var. 29 yaşlı portuqaliyalı müdafiəçinin əvvəllər oynadığı Fransaya qayıdacağı gözlənilir. O, 2016-cı ildə gəldiyi “Loryan”a qayıtmaq niyyətindədir.
- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib
- Premyer-liqa2024-04-30 09:30
“Yalnız birlikdə olaraq uğurlar qazana bilərik” – Ozobiç
- Ölkə futbolu2024-04-30 10:29
“Qarabağ” üçün daha bir potensial rəqib