Dünya futbolu
“Borussiya” və “Leyptsiq”ə 1 qol bəs etdi
Futbol üzrə Almaniya Bundesliqasında 14-cü tura start verilib.
Futbolinfo.az xəbər verir ki, ilk oyun günündə 7 qarşılaşma baş tutub.
Münhenqladbax “Borussiya”sı səfərdə autsayderlər qrupunda yer alan “Arminiya”nın qonağı olub və minimal hesabla qalib gəlib. “Leyptsiq” də “Ştutqart”la səfər oyunundan qələbə ilə dönüb.
“Hoffenhaym” evdə “Frayburq”a, “Köln” “Auqsburq”a, “Verder” isə “Union Berlin”ə uduzub.
“Ayntraxt” “Bayer”i, “Herta” da “Şalke”ni məğlub yola salıb.
Almaniya Bundesliqası
14-cü tur
2 yanvar
Hoffenhaym – Frayburq 1:3
Qol: Bebu, 58 – Santamariya, 7. Qrifo, 34-pen. A.Kasım, 42-öz qapısına.
Köln – Auqsburq 0:1
Qol: Yaqo, 77.
Verder – Union Berlin 0:2
Qol: Bekker, 12. Avoniyi, 28.
Arminiya – Borussiya (Münhenqladbax) 0:1
Qol: Embolo, 58.
Ayntraxt – Bayer 2:1
Qol: Yunes, 22. Tapsoba, 54-öz qapısına – Amiri, 10.
Herta – Şalke 3:0
Qol: Genduzi, 36. Kordoba, 52. Pyontek, 80.
Ştutqart – Leyptsiq 0:1
Qol: Olmo, 67.
3 yanvar
18:30 Borussiya (Dortmund) – Volfsburq
21:00 Bavariya – Maynts
- Ölkə futbolu2024-05-14 08:00
İcraiyyə Komitəsinin gözlənilən qərarları
- Ölkə futbolu2024-05-15 09:42
Klublarımızın rəqibləri bəlli olur: yalnız “Neftçi” səpələnmişlərdə olacaq
- Ölkə futbolu2024-05-14 14:32
“Turan Tovuz”dan gedəcək futbolçuların siyahısı dəqiqləşir
- Ölkə futbolu2024-05-15 15:38
AFFA 6 kluba lisenziya verdi