Digər idman növləri
“Böyük Dəbilqə”: Azərbaycan cüdoçusundan qızıl medal
Azərbaycan cüdoçusu Balabəy Ağayev Fransanın paytaxtı Parisdə keçirilən “Böyük Dəbilqə” turnirinin qalibi olub.
Futbolinfo.az xəbər verir ki, 60 kq çəki dərəcəsində çıxış edən idmançı həlledici dueldə fransalı Sedrik Revolu məğlub edərək yarışın baş mükafatına sahib çıxıb.
İdmançımız buna qədər ardıcıl olaraq Matteus Takaki (Braziliya), Tsoqt-Oçir Byambajav (Monqolustan), Temur Nozadze (Gürcüstan) və Kamoliddin Baxtıyarovu (Özbəkistan) da məğlub edib.
Xatırladaq ki, bu, Azərbaycan cüdoçularının yarışda ilk medalıdır.
Bu gün 66 kq-da yarışan Yaşar Nəcəfov 1/16 finalda An Cehonqa (Cənubi Koreya), 73 kq-da çıxış edən Nurlan Osmanov isə eyni mərhələdə Reduane Messaud Drisə (Əlcəzair) uduzub.
Azərbaycan “Böyük Dəbilqə”yə 9 cüdoçu ilə qatılıb. Yarışa fevralın 5-də yekun vurulacaq.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?