Bizi izləyin

Ölkə futbolu

“Braqa”nı dayandırmağa ümid var

blank
blank

Tarixində ilk dəfə Avropa Liqasının pley-off mərhələsinə vəsiqə qazanan “Qarabağ” uğurunun davamını gətirmək üçün “Braqa” səddini adlamalıdır. Son iki mövsümdə avrokubokların yaz fəslinə qalan, amma mərhələ adlaya bilməyən komandamızın bu çətin işin öhdəsindən gələcəyini əminliklə söyləmək olmur.

Doğrudur, biz buna inanmaq istəyirik, amma rəqibin çox güclü komanda olmasını nəzərə almaq lazımdır. Hər halda, Marsel “Olimpik”inə hər iki oyunda uduzan komandanın növbəti mövsüm “Gent”lə də bacarmadığını görəndən sonra “Braqa” ilə matçdan nə gözləyə bilərik ki?

Amma bir məsələ də var. Biz hazırda ÇL-də “Real” və “Napoli”yə qarşı layiqli mübarizə aparıb “Union Berlin”i qrup sonuncusu edən Portuqaliya komandasını görmürük, “Braqa”da eniş hiss olunur. Portuqaliya çempionatının son turunda “Sportinq”ə 0:5 hesablı məğlubiyyət çox şeydən xəbər verir. Hələ bu oyunu da bir kənara qoyaq. Artur Jorjenin komandası son vaxtlar məhsuldarlıqdan korluq çəkir.  “Silahlılar” son turlar demək olar ki, rəqib qapısını nadir hallarda dəqiq nişan alır. Bu komanda orta hesabla bir oyunda 2 qol vura bilmir. Ona görə də “köhlən atlar”ın onların “güllələrindən yayına biləcəyinə” inam bəsləyə bilərik.

Bu komanda əsasən 4-3-3 taktiki sxemi ilə oynayır. Amma bəzən oyunun gedişində 4-2-3-1 düzülüşünə də keçə bilirlər. Hazırkı “Braqa”nı “vurulmuş təyyarə pilotlarının komandası”na bənzətmək olar.  Yəni bu komandanın bəzi oyunçularının belə desək, “hay-hayı gedib vay-vayı qalıb”. Götürək elə komandanın kapitanı Joze Fonteni. 40 yaşlı müdafiəçinin arxasına nə top atırsansa, keçir. Həftəsonu “Sportinq” 5:0 hesabı ilə qalib gəldiyi görüşdə oyunu məhz onun “üzərində qurdu”. Yaş amilinə görə fiziki cəhtədən çatdırmır. “Qarabağ” sürəti artırsa, onu asanlıqla çətin vəziyyətə salmaq olar.

Onun yanındakı Paulu Oliveyra da “az aşın duzudur”. İki mərkəz müdafiəçisi “Braqa”nın ən zəif yeridir. Doğrudur, top ayaqlarında olanda özlərini rahat hiss edirlər. Topu oyuna daxil etməyi bacarırlar. Amma topsuz qalmaq onlar üçün “cəhənnəm əzabıdır”. Həftəsonu “Sportinq”in bu komandanı darmadağın etməsinin açarı bu iki oyunçu oldu. Bu mənada “Qarabağ” da “Sportinq”ə bənzəyir. Hər iki komanda rəqibin müdafiəçilərinə pressinq tətbiq etməyi sevir. Cümə axşamı bu mənada cinah hücumçuları Zubirlə Andradenin üzərinə böyük yük düşəcək. Mümkün qədər istər cinah, istərsə də mərkəzə çəkilib onları sıxışdırmaq lazımdır. Rəqibin arxa xətt oyunçuları pressinq zamanı topu çox itirir.

Ümumiyyətlə, son 1-2 aydakı “Braqa” psixoloji cəhətdən də zəif komandadır. Portuqaliya Liqa Kubokunun finalında “Eştoril”li penaltilərlə məğlub edib kubok qazansalar da, oyun boyunca ruhsuz oynadıqlarını görmək olardı. Yəni, bu rəqibin işini penaltilərə qədər bitirmək lazım idi. “Sportinq”lə matçda isə lissabonlular 2-ci qolu vurduqdan sonra “Braqa” oyunun başını buraxdı. Sözümüzün canı ondadır ki, “Qarabağ” bu komandadan qorxmamalı və onlara layiq olduğundan artıq dəyər verməməlidir. Onları adlamaq üçün sadəcə, cəsarət yetər.

blank

“Braqa”nın yarımmüdafiə xəttinin dirijoru da “təqaüdçüdür”. Söhbət bu il 38 yaşını qeyd edəcək Joao Moutinyodan gedir. Vaxtilə Portuqaliya millisi, “Sportinq”, “Portu”,  “Monako” və “Vulverhempton”dan tanıdığımız Moutinyodan əsər-əlamət qalmayıb. Oyun ərzində onu da pressinq altında saxlamaq vacibdir.

Bu o demək deyil ki, portuqaliyalıların yarımmüdafiəçiləri də müdafiəçiləri kimi üstlərindən top keçirir. Əksinə, topu irəli aparmağı bacaran yaxşı oyunçuları var. Bunlardan biri 24 yaşlı uruqvaylı Rodriqo Salasardır. Ona qətiyyən rahat nəfəs almağa imkan vermək olmaz. Həmçinin yarımmüdafiə ilə hücum xətti arasında körpü rolunu oynayan Rikardu Ortaya diqqət ayırmaq lazımdır.  Amma bu oyunçu bir qədər iddialı komandaya keçsə, daha yaxşı oynayar. 2017-ci ildən bu klubda oynadıqlarından artıq “paslanıblar”.

“Braqa”nın təhlükəli oyunçularından biri Abel Ruisdir. “Barselona”nın yetirməsi doğma komandasında heyətə düşə bilməsə də, bu komandada özünü “tapdı”. Onun əsas özəlliyi yaxşı sürət yığmasıdır. Qurbanov Bəhlul Mustafazadə ilə Bədavi Hüseynova onu zərərsizləşdirmək üçün xüsusi tapşırıq verməlidir. Çünki top onun qarşısındadırsa, onu götürüb mənzil başına çatdıra bilir. Qətiyyən ona aralanmağa imkan vermək olmaz. İspaniyalı futbolçu özü üçün çox yaxşı boş zona tapa bilir.

Bu komandanın ehtiyatda qalan və bəzən oyuna çıxandan sonra öz varlığını hiss etdirən Şer Ndur və Roni Lopeş kimi futbolçuları var.  Təbii ki, bu mövsüm Portuqaliya çempionatında 15 oyunda 14 qol vuran Simon Banzanı unuda bilmərik. Onun Konqo millisinin heyətində Afrika Millətlər Kubokunda çıxışı “Braqa”nı çox geri saldı. Tərslikdən onun millisi də qitə çempionatında yarımfinala qədər irəlilədi. Banzanın oradan hansı səviyyədə qayıdacağı maraq doğurur.  Onun “Qarabağ”la oyunda start heyətində meydana çıxıb-çıxmayacağını söyləmək çətindir. Bu, bir az bizim işimizə yaraya bilər. Bir sözlə, rəqib formada deyil. Bundan istifadə etmək lazımdır.

ABBAS

Reklam
Şərh et

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Reklam


blank
Dünya futbolu2024-04-17 01:05

ÇL-də ilk yarımfinalçılar müəyyənləşdi

blank
Milli komanda2024-04-16 23:01

“Bu gün daha yaxşı oynadıq” – Borisov

blank
Milli komanda2024-04-16 22:46

Millimiz gürcülərə yenə uduzdu

blank
Digər idman növləri2024-04-16 22:31

“Neftçi” uduzdu, “Abşeron” qalib gəldi

blank
Dünya futbolu2024-04-16 20:00

Braziliyalı futbolçu paytaxt klubundan ayrılacağını açıqladı

blank
Digər idman növləri2024-04-16 19:29

Atıcılıq Federasiyası Dünya Kubokunun rəsmi posterini təqdim edib

blank
Ölkə futbolu2024-04-16 19:00

“Kür-Araz”dan darmadağın, “Cəbrayıl”dan inamlı qələbə

blank
Digər idman növləri2024-04-16 18:19

Yarımfinal mərhələsinin daha bir oyunu keçirildi

blank
Dünya futbolu2024-04-16 18:00

“Golden Boy” mükafatına favoritlər açıqlandı

blank
Digər idman növləri2024-04-16 17:47

Alkaras Madrid turnirinə qədər sağalacağına əmin deyil

blank
Digər idman növləri2024-04-16 17:32

Kramarenkonun qızı sevgilisindən ayrıldı

blank
Əvəzedicilər2024-04-16 17:16

Əvəzedicilərin yarışında daha 2 turun oyun cədvəli müəyyənləşdi

blank
Ölkə futbolu2024-04-16 17:02

Lunyovun meneceri: “Qarabağ”dan təklif gözləyirik”

blank
Dünya futbolu2024-04-16 16:45

Belçikalı futbolçu üçün 2024-cü il erkən bitdi

blank
Digər idman növləri2024-04-16 16:31

Bakıdakı Dünya Kubokunda Azərbaycanı təmsil edəcək gimnastlar bəlli olub

blank
Ölkə futbolu2024-04-16 16:14

Rüfət ümidlidir: “Hər şeyin itirildiyini düşünmürəm”

blank
Digər idman növləri2024-04-16 16:00

Olimpiya məşəli alovlandırıldı

blank
Digər idman növləri2024-04-16 15:45

Azərbaycanın 5 gimnastı Çexiyada beynəlxalq turnirdə iştirak edəcək

blank
Digər idman növləri2024-04-16 15:31

Boston marafonunda sensasiya olmadı

blank
Premyer-liqa2024-04-16 15:14

“Qarabağ” – “Neftçi” matçının vaxtı açıqlandı

blank
Digər idman növləri2024-04-16 14:58

Avropa çempionlarımız Vətənə qayıdıb

blank
Milli komanda2024-04-16 14:47

UEFA AFFA-nı cərimələdi

blank
Digər idman növləri2024-04-16 14:36

Olimpiadaya lisenziya qazanan yığmamız Vətənə dönüb

blank
Dünya futbolu2024-04-16 14:25

Dünya çempionu vəfat etdi

blank
Dünya futbolu2024-04-16 14:14

Musa Qurbanlı “Yurqorden”in U-21 komandasında qol vurdu

blank
Milli komanda2024-04-16 14:03

Millimizin Monteneqrodakı toplanışı üçün 20 oyunçu

blank
Milli komanda2024-04-16 13:52

Millimiz bu gün növbəti yoldaşlıq oyununu keçirəcək

blank
Ölkə futbolu2024-04-16 13:41

“Zirə”də oynamış futbolçu 35 yaşında vəfat etdi

blank
Dünya futbolu2024-04-16 13:30

Dadaşov üçün mövsüm erkən bitdi

blank
Ölkə futbolu2024-04-16 13:19

AFFA-da fırtınaqabağı sakitlik: maliyyə yoxlaması davam edir

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm