Dünya futbolu
“Brayton”un daha bir futbolçusu hədəfdə
Son illər futbolçu yetişdirib satmaqla məşhurlaşan “Brayton” yenə öz işindədir. İstedadlı oyunçuları heyətinə cəlb etdikdən sonra Premyer Liqa klubundan “Çelsi”yə gedənləri sadalamaq kifayətdir.
Futbolinfo.az xəbər verir ki, İngiltərə klubu daha bir istedadı satmaq ərəfəsindədir. Belə ki, Evan Ferqyusson artıq aparıcı klubların diqqətini cəlb edib. Amma “Brayton” 18 yaşlı irlandiyalını daha bir mövsüm saxlayaraq baha qiymətə satmaq niyyətindədir.
2021-ci ildə “Bohemians”dan akademiyaya cəlb olunan mərkəz hücumçusu əsas komandaya kimi yüksəlməyi bacarıb. Daha 3 illik müqaviləsi olan Ferqyussonla maraqlananlar onun transferi üçün ya bu müddətin bitməsini gözləməli, ya da böyük pullar xərcləməlidi.
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-21 08:00
Andersonun dediyi kimi…