Ölkə futbolu
Braziliyalı futbolçu seçim edib: “Mən “Neftçi”ni üstün tutdum”
“Neftçi”nin futbolçusu Yuri Matias Azərbaycan klubuna keçməzdən əvvəl Rumıniyadan təklif alıb.
Futbolinfo.az xəbər verir ki, bunu braziliyalı müdafiəçi özü açıqlayıb.
O, mövsümün əvvəlində ÇFR-dən ayrıldığı zaman iki seçim arasında qaldığını bildirib. Matias “Neftçi” ilə yanaşı, Buxarest “Rapid”indən də təklif aldığını etiraf edib: “Ancaq mən “Neftçi”ni üstün tutdum. Peşman olduğumu deyə bilmərəm. Futbol belədir, gələcəkdə də bu cür ola bilər”.
Bildirilir ki, oyunçu həmin vaxt “Rapid”dən aylıq 20 min avro maaş tələb edib. Ötən ilin yayında 400 min avroya ÇFR-dən “Neftçi”yə transfer olunan 28 yaşlı mərkəz müdafiəçisinin bakılılarla müqavilə müddəti gələn ilin yayına qədərdir.
- Müsahibə2024-04-18 08:00
Rezabala avrokuboka vəsiqə istəyir: “Səhv etməyə ixtiyarımız yoxdur”
- Ölkə futbolu2024-04-19 21:00
“Sumqayıt” avrokubok iddiasını davam etdirir
- Ölkə futbolu2024-04-19 08:52
Yüksək əmsal “Qarabağ”a əlavə üstünlük verir
- Ölkə futbolu2024-04-18 09:45
Mirzov “Neftçi” ilə yeni müqavilə imzalamayacaq