Bizi izləyin

Ölkə futbolu

“Bu, bütün dünyaya böyük ədalət dərsi oldu” – Rəşad Sadıqov

blank
blank

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 17-ci turu çərçivəsində “Səbail”ə qarşı keçirdikləri oyunu şərh edib.

Futbolinfo.az xəbər verir ki, o, səfərdə 1:0 hesabıyla qalib gəldikləri matçdan sonra baş tutan mətbuat kondransında bunları söyləyib:

“Çempionatın elə bir mərhələsindəyik ki, hər bir xal, qələbə çox önəmlidir. Vacib qələbə qazandıq. “Səbail”lə səfərdə oynamaq bütün komandalara ağırdır. Xüsusən də, oyunlarında böyük əzmkarlıq var. Bir faktı vurğulayım ki, “Qarabağ”ın çempionatda yeganə məğlubiyyəti bu meydançada olub. Bu, adamı düşünməyə vadar edir. İlk dəqiqələrdən üstünlüyə yiyələnməyə, öz oyunumuzu göstərməyə çalışdıq. Rəqib matçın əvvəlində ikinci zonada bizə pressinq tətbiq edirdi. Hücumlarımızı inkişaf etdirməyə imkan vermirdilər. İkinci hissə bizim üçün daha yaxşı keçdi, hücumda fəal oynamağa çalışdıq. Qol imkanlarımız da oldu. Onlardan istifadə etmədiyimiz üçün rəqibin son dəqiqələrdə əzmkarlığı daha da artdı”.

Sadıqov “Səbail”in hər xal üçün vuruşan komanda olduğunu söyləyib: “Bu komandaya turnir cədvəlində sonuncu yeri verməzsən. Kubokda bizə böyük hesabla uduzmalarına baxmayaraq, çempionat matçında bizə qarşı çox yaxşı çıxış etmişdilər. “Sumqayıt”la ev, “Qəbələ” ilə səfər matçlarında da belə olmuşdu. Bu gün də mübarizə apardılar. Hesab arasındakı fərqi də artıra bilmədiyimiz üçün son dəqiqələr bizim üçün gərgin keçdi. Şükürlər olsun ki, müdafiədə səhv etmədik, etibarlı oynadıq. Uzaq məsafədən zərbələri və standart vəziyyətləri çıxmaq şərtilə, bəlkə də, rəqibə qol imkanı da vermədik”.

Baş məşqçi 5-ci pillədəki “Sabah”ı 8 xal qabaqlamalarına baxmayaraq, hələ avrokuboklar barədə düşünmədiklərini vurğulayıb: “Ötən mövsüm də qış fasiləsindən sonra bizi erkən avrokuboklarda görənlər çox idi. Amma onda da deyirdik ki, hələ tezdir. Çiyinlərimdə böyük təcrübə var, belə oyunları, yarışları çox görmüşəm. Zərrə qədər rahatlaşmağın fəsadları pis ola bilər. “Sabah” da iddialı komandadır. Yeni baş məşqçi təyinatından sonra da möhtəşəm futbol nümayiş etdirirlər. Son turlarda uduzmalarına baxmayaraq, bəlkə də, heç bir oyunda məğlubiyyətə layiq deyildilər. Əminəm ki, sona qədər mübarizə aparacaqlar. Qarşıda bizi çox gərgin 11 tur gözləyir. Sona qədər də mübarizə aparmalıyıq”.

Sadıqov “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun Bakıda Fransa “Marsel”inə 0:3 hesabı ilə uduzduqları Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunundakı feyr-pley jesti barədə də danışıb. 40 yaşlı mütəxəssis Qurbanovun yeni nəslin müəllimi və örnəyi olduğunu bildirib:

“Qurban Qurbanov “Marsel”lə matçda hamımıza müəllimlik etdi, dərs keçdi. Çox adam onu, iş fəlsəfəsini, metodikasını özünə örnək götürür. Özündən sonrakı nəslə böyük miras qoydu. Göstərdi ki, nəyin bahasına olursa-olsun qələbə qazanmaq yox, ədalətli şəkildə bunu etmək lazımdır. Onun bu qərarının niyə birmənalı qarşılanmadığını bilirəm. Çünki “Qarabağ”a qarşı da haqsızlıqlar olmuşdu. Bu baxımdan bizim də məsələyə müdaxilə etməyib, eyni reaksiyanı verməyimizi gözləyirdilər. Məsələn, “Bazel”lə görüşdə rəqibin bütün futbolçuları topun qapıdan bir metr keçdiyini görmüşdü. Amma biri də hakimə bildirməmişdi. Bizim də onlardan fərqimiz budur, bütün dünyaya ədalət dərsi keçdik. Reaksiyaları özünüz də görürsünüz. Məncə, düzgün atılan addım idi. Hər insan bunu etməzdi, mümkün deyil. İnanmıram ki, futbol dünyasında ikinci bir şəxs belə hərəkət etsin. Çox vacib məqam idi, qol sayılsaydı, “Qarabağ” sərfəli nəticə də əldə edə bilərdi. Bu, başqa bir miras, bütün dünyaya böyük ədalət dərsi oldu. Buna görə də, Qurban müəllimə bir daha təşəkkür edirik”.

Reklam
Şərh et

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Reklam


blank
Dünya futbolu2023-09-01 02:03

Konfrans Liqası: Türkiyə klublarından biri dayandı, ikisi qrupda!

blank
Dünya futbolu2023-09-01 01:06

Avroliqada pley-offa yekun vuruldu

blank
Ölkə futbolu2023-09-01 00:52

Mahirli “Dinamo”nu Avroliqanın qrupuna buraxmadılar

blank
Ölkə futbolu2023-08-31 23:46

“Liverpul”u, “Roma”nı burada görməyi çox istərdim” – Tahir Gözəl

blank
Ölkə futbolu2023-08-31 23:21

“Qarabağ”ın futbolçuları qrupa vəsiqəni belə bayram etdilər – VİDEO

blank
Ölkə futbolu2023-08-31 22:32

Qurban Qurbanov: “Qrupda iştirak etmək bizim üçün çox vacib idi”

blank
Ölkə futbolu2023-08-31 21:56

“Qarabağ” Avropa Liqasının qrup mərhələsində!

blank
Dünya futbolu2023-08-31 21:16

Qvardiola və Haland ən yaxşı seçildi

blank
Ölkə futbolu2023-08-31 20:54

ÇL: Qrup mərhələsinin püşkü atıldı

blank
Dünya futbolu2023-08-31 20:29

Sarr Bundesliqaya köçdü – şərtlə

blank
Digər idman növləri2023-08-31 20:00

Bakıdakı dünya çempionatının bağlanış mərasimi keçirilib

blank
Digər idman növləri2023-08-31 19:47

Azərbaycan taekvondoçuları komanda yarışında 3-cü oldular

blank
Ölkə futbolu2023-08-31 19:30

“Neftçi Arena”da renovasiya işlərinə start verildi

blank
Digər idman növləri2023-08-31 19:16

Azərbaycan gimnastları Dünya Kubokunda iştirak edəcəklər

blank
Digər idman növləri2023-08-31 19:00

Azərbaycanın 44 şahmatçısı Avropa çempionatında çıxış edəcək

blank
Digər idman növləri2023-08-31 18:46

“Sabah” daha bir amerikalı basketbolçunu transfer etdi

blank
Dünya futbolu2023-08-31 18:30

“Vulverpempton” paraqvaylı futbolçu aldı

blank
Ölkə futbolu2023-08-31 18:15

II Liqada 1-ci turun oyun cədvəli bəlli oldu

blank
Dünya futbolu2023-08-31 18:02

“Erməni diasporu olmasaydı, onu elə klub heyətinə qatmazdı”

blank
Digər idman növləri2023-08-31 18:00

Nicat 38 pillə irəlilədi, Teymur 14-cü sırada!

blank
Dünya futbolu2023-08-31 17:45

Ronaldo zirvədə, Messi izləmədə

blank
Digər idman növləri2023-08-31 17:30

Gələn il yarışacaq maşın təqdim edildi

blank
Ölkə futbolu2023-08-31 17:12

“Rakuv”un futbolçusu: “Kopenhagen” “Qarabağ”dan güclüdür”

blank
Ölkə futbolu2023-08-31 17:01

“Kəpəz”lə oyunumuz mini finala bərabər olacaq”

blank
Müsahibə2023-08-31 16:48

Avram həmyerlilərinə Azərbaycanı nişan verəcək: “Qələbə bizə çox yaxşı impuls verdi”

blank
Dünya futbolu2023-08-31 16:31

Bonuççi “Union Berlin”də

blank
Ölkə futbolu2023-08-31 16:20

“Olimpiya”nın baş məşqçisi: “Avropa Liqasının qrupu üçün buradayıq”

blank
Digər idman növləri2023-08-31 16:10

“Sabah”ın avrokubok oyunlarının başlama vaxtı açıqlandı

blank
Premyer-liqa2023-08-31 16:00

Premyer Liqada 5-ci turun oyunlarının hakimləri bilindi

blank
Digər idman növləri2023-08-31 15:47

Bakıda keçirilən DÇ-də son medalçılar mükafatlandırıldı

blank
Ölkə futbolu2023-08-31 23:21

“Qarabağ”ın futbolçuları qrupa vəsiqəni belə bayram etdilər – VİDEO

blank
Premyer-liqa2023-08-27 23:59

“Kəpəz” “Qarabağ”dan belə xal aldı – VİDEO

blank
Premyer-liqa2023-08-27 21:51

“Neftçi”dən ilk qələbə – VİDEO

blank
Premyer-liqa2023-08-26 22:30

“Zirə” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-08-26 20:29

Şahin Diniyev: “İlk qolu yaxşı vaxtda vurduq” – VİDEO

blank
Premyer-liqa2023-08-26 19:53

Tovuzda 4 qol – VİDEO

blank
Premyer-liqa2023-08-25 22:56

“Sumqayıt”dan ilk xal itkisi – VİDEO

blank
Premyer-liqa2023-08-20 23:38

“Sabah”la “Neftçi”nin heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-08-20 21:45

“Qarabağ” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-08-18 23:17

“Kəpəz” “Turan Tovuz”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-08-18 20:23

Azər Məmmədov: “Bu şərait və büdcə ilə razılaşmışamsa…” – VİDEO

blank
Premyer-liqa2023-08-18 20:17

“Gəncədə “Kəpəz”i məğlub etmək çox çətindir” – VİDEO

blank
Ölkə futbolu2023-08-18 09:45

“Neftçi” “Beşiktaş”la səfərdə də bacarmadı – VİDEO

blank
Ölkə futbolu2023-08-18 09:32

“Sabah” Belqradda belə uduzdu – VİDEO

blank
Ölkə futbolu2023-08-18 09:16

“Qarabağ” pley-offa belə adladı – VİDEO

blank
Premyer-liqa2023-08-14 23:36

“Neftçi”nin “Səbail”lə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-08-13 22:12

“Qarabağ”dan darmadağın – VİDEO

blank
Premyer-liqa2023-08-13 00:12

“Kəpəz” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-08-12 21:32

“Qəbələ” yenə məğlub oldu – VİDEO

blank
Dünya futbolu2023-08-11 12:00

“Neftçi” “Beşiktaş”a belə uduzdu – VİDEO

blank
Ölkə futbolu2023-08-11 11:32

“Sabah”ın “Partizan” üzərindəki inamlı qələbəsi – VİDEO

blank
Ölkə futbolu2023-08-11 11:05

“Qarabağ”dan Finlandiya klubu üzərində çətin qələbə – VİDEO

blank
Ölkə futbolu2023-08-09 17:14

“Növbəti mərhələyə ilk addımı birlikdə ataq!” – VİDEO

blank
Premyer-liqa2023-08-06 22:30

“Sabah”dan “Qəbələ”yə 5 cavabsız qol – VİDEO

blank
Premyer-liqa2023-08-06 20:44

“Kəpəz” “Neftçi”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-08-06 20:00

“Neftçi”ni udsaq da, böyük bir iş görməmişik” – VİDEO

blank
Premyer-liqa2023-08-06 19:49

Mutu: “Nə məğlubiyyətə, nə də qələbəyə layiq idik” – VİDEO

blank
Ölkə futbolu2023-08-06 13:00

“Kəpəz” yeni formalarını təqdim etdi – VİDEO

blank
Premyer-liqa2023-08-05 23:57

“Zirə”nin “Qarabağ” üzərində ilk qələbəsi – VİDEO

blank
Premyer-liqa2023-08-05 21:43

“Sumqayıt”dan darmadağın – VİDEO

Facebook

Gündəm