Premyer-liqa
“Bu dəfə yaxşı başlamışıq” – Samir Abasov
“Səfər matçının gərgin keçəcəyini bilirdik. Qəbələdə oyuna adaptasiya olunmaq çətindi. Yüksəklik səbəbindən nəfəs çatışmazlığı, boğulma olur. Hesab başqa cür də ola bilərdi. Fasilədən sonra çox fədakarlıq göstərməli olduq”.
Futbolinfo.az xəbər verir ki, bu sözləri “Sumqayıt”ın baş məşqçisi Samir Abasov Misli Premyer Liqasının 3-cü turunda “Qəbələ”yə 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.
O, erkən qolun yaxşı olduğunu bildirib: “Amma mənfi tərəfi də odur ki, rəqib konsentrasiyanı artırır və ayılır. Çox çətin oldu. Futbolçularımı və azarkeşlərimizi təbrik edirəm. Ötən mövsüm müəyyən mənfi seriyamız olsa da, bu dəfə yaxşı başlamışıq. Xoşdur ki, səfərdən yaxşı əhvalda qayıdırıq”.
- Milli komanda2024-05-01 18:44
Milli komandamızın baş məşqçi postuna əsas namizəd bəlli oldu
- I Liqa2024-05-01 11:25
I Liqada 24-cü turun təyinatları müəyyənləşdi
- Ölkə futbolu2024-05-02 08:00
Bir aylıq istirahətin şərəfinə… Balaşın ariyası
- Müsahibə2024-05-01 10:02
Vadim “Araz-Naxçıvan”ı fərqləndirir: “Psixoloji cəhətdən axsayırdıq”