Premyer-liqa
Bu gün “Qəbələ” ilə “Qarabağ” təxirə salınmış oyunda üz-üzə gəlir
Bu gün Misli Premyer Liqasının 23-cü turundan təxirə salınmış bir oyun keçiriləcək.
Futbolinfo.az xəbər verir ki, günün yeganə matçı Qəbələdə baş tutacaq. Burada lider “Qarabağ” (54 xal) çempionatın aşkar autsayderi “Qəbələ”nin (15 xal) qonağı olacaq.
Bu oyun “Qəbələ”də yeni baş məşqçinin – Kaxaber Sxadadzenin debütü ilə əlamətdar olacaq.
Misli Premyer Liqası
23-cü turun oyunu
28 fevral
“Qəbələ” – “Qarabağ”
Hakimlər: Tural Qurbanov, Vüsal Məmmədov, Rəhman İmami, Rauf Allahverdiyev
Qəbələ şəhər stadionu. 19:00.