Ölkə futbolu
“Bu mövsüm ən çox hakim haqsızlığı ilə “Zirə” üzləşib” – Xaqani Məmmədov
AFFA Hakimlər Komitəsinin sabiq sədri Xaqani Məmmədov bu mövsüm Premyer Liqada hakimliyin səviyyəsindən narazılıq edib.
Futbolinfo.az-ın xəbərinə görə, o, “İdman TV”də yayımlanan “Mərkəzi xətt” verilişində “Neftçi” – “Qəbələ” matçı haqda danışarkən qonaq komandanın baş məşqçisi Elmar Baxşıyevə göstərilən qırmızı vərəqənin doğru olmadığı söyləyib. Onun fikrincə, Elmar Baxşıyevə bir sarı vərəqə göstərməklə də kifayətlənmək olardı.
Xaqani Məmmədov bildirib ki, Rəşad Sadıqovun baş məşqçisi olduğu “Zirə” daha çox hakim haqsızlığı ilə üzləşib. O deyib ki, Sadıqov səbirli davranaraq ədalətiz qərarlarla üzləşdiklərini açıq şəkildə demir.
Məmmədov 16-cı turda “Keşlə”yə qarşı görüşdə “Zirə”nin qapısına təyin edilən penalti epizoduna da toxunub: “Penalti qərarı doğru idi. Amma zərbə vurulmazdan əvvəl “Keşlə”nin başqa bir futbolçusu (Nicat Qurbanov- red.) qaydanı pozaraq cərimə meydançasına daxil oldu və qapıçının qaytardığı topu da məhz həmin oyunçu “Zirə”nin qapısından keçirdi”. Xaqani Məmmədov bu faktı hakimin kobud səhvi adlandırıb.
Verilişin digər qonağı Tərlan Əhmədov da “Zirə”nin bu mövsüm ciddi hakim səhvləri ilə üzləşdiyini söyləyib.
- Ölkə futbolu2024-05-06 10:08
“Dinamo” Mahiri satmaq istəyir, amma…
- Milli komanda2024-05-06 15:32
Millimizin yoldaşlıq oyununda daha bir rəqibi müəyyənləşdi
- Digər idman növləri2024-05-06 17:45
AVF rəhbərliyi Antalyada milli üzvləri ilə görüşdü
- Milli komanda2024-05-06 13:09
Aqolli: “Azərbaycanın rəqib seçilməsi doğru addımdır”