Bizi izləyin

Ölkə futbolu

Bu oyuna daha yaxşı qələbə hesabı yaraşardı

blank
blank

Bərbad Azərbaycan futbolundan, rəqabətsiz Premyer Liqadan “Qarabağ” kimi qitə səviyyəli komanda çıxıbsa, buna görə klubu daha çox alqışlamaq lazımdı. Komanda bizi daha yaxşı nəticəyə, tələbkarlığa, ondan ummağa o qədər öyrəşdirib ki, İsveçrə çempionu üzərində parlaq oyunla qazanılan minimal hesablı qələbəni bəyənmir, 2-3 top fərqini gözləyirik.

Şanslar bərabərdi, Bakıda 3:2 hesabıyla qələbə qazansaq da, İsveçrədə hər şey daha çətin olacaq. Qonaqların oyundan qopmaması, fərq böyüdükdən sonra belə inadkarcasına döyüşməsi səviyyə göstəricisidi. “Sürix” təslim olmağı xoşlamır, əksinə, son ana kimi şanslarını əldən verməməyə çalışacaqlar.

“Qarabağ” erkən qol vurmaqla öz işini rahatlatdı. Ardınca növbəti qol gəldi, futbolçular yaxşı oyunun bəhrəsini gördülər. Fasiləyə kimi meydanda oyuna diqtə edən ağdamlılar bunu tabloda da əks etdirincə Çempionlar Liqasının qrupu yolunda ümidlərimiz artdı.

Lakin fasilədən sonra rəqib həm bəzi oyunçuları, həm də taktikanı dəyişdi. Diaqonal ötürmələrlə daha geniş oynayan rəqib “Qarabağ”ın müdafiəsini cinahlara “dartmaqla” mərkəzdən daha rahat keçməyə çalışdı. Düzdü, qolları bu üsulla vurmadılar, lakin xeyli təhlükə yaratdılar. Buraxılan qollarda təqsirləndirilən Şahruddin Məhəmmədəliyev məhz həmin epizodlarda bir neçə dəfə əla oynamağı bacardı.

Təəssüf ki, “Qarabağ”da oyuna sonradan daxil olan futbolçular komandanın balanslı oyununu pozdu. Bu, baş məşqçi Qurban Qurbanovun səhvi deyildi. Sadəcə, ağdamlıların bu cür matçlar üçün yüksək səviyyəli oyunçuları kifayət qədər deyil. Belədə yorulan futbolçuları əvəz edənlər ümumi ansamblı korladı, “Lex”ə qarşı oyunla müqayisədə zəif təsir bağışladılar. Ramil Şeydayev pis matç keçirmədi, lakin onun ardıcıl səhvləriylə yadda qalan epizodun yekununda etdiyi qayda pozuntusu hesab arasındakı fərqin azalmasıyla nəticələndi.

“Qarabağ” bu şoku tez atlatdı və İbrahima Vadji dubl etməklə üstünlüyü bizə qaytardı. Təəssüf ki, son dəqiqələrdə yenə bir epizodda səhvlər zəncirləndi. Yarımmüdafiədə itirilən topu Şahruddin uğursuz dəf etdi, müdafiəçilər düzgün reaksiya vermədi və “Qarabağ”ın qapısına təyin olunan penaltiylə fərq yenidən bir topa endi.

3:2 üstünlüyü təsdiq edən hesabdı, lakin inadkar “Sürix”lə cavab matçı daha çətin keçəcək. Ağdamlılar yenə hücum futbolu sərgiləməyə, isveçrəlilərin öz futbolunu diqtə etməyə əngəl olmağa məcburdu. Qurbanov bunun fərqindədi və mətbuat konfransında dedikləriylə “Qarabağ”ın səfərdə də öz üslubuna sadiq qalacağının işarəsini verdi. “Sürix” keçilməz rəqib deyil, lakin yuxarıdan aşağı baxacağımız komanda da sayılmır. Maksimum konsentrasiya, hücum futboluna sadiqlik sayəsində ümumi uğur qazanmaq mümkündü. Fərdi səhvlər minimuma endiriməli, irəlidə daha məhsuldar oynamaq gərəkdi.

Qurbanov komandanı daha üst səviyyəyə qaldıra bilib. “Qarabağ” topu daha çox özündə saxlayır, qol vurmağı düşünərkən daha sürətli və daha sərt ötürmələrə üstünlük verir. Son 2 oyunda 8 qol vurmaq təsadüf deyil. İrəlidə aqressiv oyunun nəticəsi olan məhsuldarlığa davam etmək, zəif olduğumuz rəqib standart vəziyyətlərinə əngəl olmaq lazımdı. Komanda oyunu müdafiədən qursa, bunun fəsadları olacaq. İsveçrəlilər “ikinci mərtəbə”də təhlükəlidi, onların pressinqini üzərinə almaq məğlubiyyətə razılaşmaq deməkdi.

“Qarabağ”a inanmaq, dəstəkləmək lazımdı. Təbii ki, işlər yolunda getməyə, səfərdə arzuolunmaz nəticə də qeydə alına bilər. Lakin bütün bunlar “Qarabağ”ın gözəl oyununu kölgəyə ata bilməz. Hədəfi, məqsədi bəlli olan, ən əsası, yaxşı oynayan komanda üçün uğurlu nəticə əvvəl-axır gələcək. “Lex”lə oyunda olduğu kimi…

FƏRİD

Reklam
Şərh et

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Reklam


blank
Ölkə futbolu2024-05-06 08:28

Son 3 tur: kim kimlə qarşılaşacaq?

blank
Digər idman növləri2024-05-06 08:14

Madriddə Rublyov sevindi

blank
Ölkə futbolu2024-05-06 08:00

“Zirə” ilə “Sabah”dan önəmli qələbə

blank
Digər idman növləri2024-05-06 02:12

Norrisin ilk qələbəsi

blank
Dünya futbolu2024-05-06 02:00

“Sevilya” darmadağına sevindi

blank
Dünya futbolu2024-05-06 01:40

“Milan” evdə, “Yuventus” səfərdə xal itirdi

blank
Dünya futbolu2024-05-06 01:18

“Bayer”dən darmadağın

blank
Dünya futbolu2024-05-06 00:57

“Çelsi” darmadağına sevindi, “Liverpul” “Tottenhem”ə qalib gəldi

blank
Dünya futbolu2024-05-06 00:35

Musanın komandasından inamlı qələbə

blank
Premyer-liqa2024-05-06 00:03

“Qəbələ”də üç itki

blank
Dünya futbolu2024-05-05 23:38

“Qalatasaray” darmadağına sevindi, Renat oynamadı

blank
Dünya futbolu2024-05-05 23:23

Coşqun, Bəxtiyar və Sərtan qələbəyə sevindi, Ramil və Vüsal…

blank
Premyer-liqa2024-05-05 22:32

“Sabah” bəxt sayəsində qalib gəldi” – Elmar Baxşıyev

blank
Premyer-liqa2024-05-05 22:25

Renduliç: “Penalti təyin olunarkən reaksiyamız xoşuma gəlmədi”

blank
Digər idman növləri2024-05-05 22:18

“Xəzri” yarımfinalda!

blank
Premyer-liqa2024-05-05 21:49

“Sabah”a bir qol bəs etdi – VİDEO

blank
Digər idman növləri2024-05-05 21:21

Azərbaycan gimnastı Avropa Kubokunda gümüş medal qazandı

blank
Premyer-liqa2024-05-05 20:57

“Sabah”dan növbəti qələbə

blank
Digər idman növləri2024-05-05 20:22

Göygöldə Avropa Kuboku başa çatdı, Azərbaycan birinci oldu

blank
Premyer-liqa2024-05-05 20:00

Ayxan Abbasov: “Bacarmasam, çıxıb gedəcəyəm” – VİDEO

blank
Premyer-liqa2024-05-05 19:38

“Turan Tovuz” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2024-05-05 19:19

Rəşad Sadıqov: “Bərabərlik də ədalətli nəticə olardı” – VİDEO

blank
Əvəzedicilər2024-05-05 18:59

“Qarabağ”ın əvəzediciləri “Neftçi”yə uduzdu

blank
Premyer-liqa2024-05-05 18:29

“Turan Tovuz” “Zirə”yə evdə uduzdu

blank
Digər idman növləri2024-05-05 17:31

“Bakı Marafonu 2024”ün qalibləri mükafatlandırıldı

blank
Digər idman növləri2024-05-05 17:09

Azərbaycan yığması Avropa Kubokunda növbəti medalı qazandı

blank
Digər idman növləri2024-05-05 16:22

“Bakı Marafonu 2024” qalibləri müəyyənləşdi

blank
Əvəzedicilər2024-05-05 14:29

Əvəzedicilərin yarışında 33-cü turun təyinatları

blank
Dünya futbolu2024-05-05 13:33

Milli karyerasını başa vurdu

blank
Ölkə futbolu2024-05-05 12:41

“Qarabağ”dan hücumçusu ilə yeni müqavilə

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm