Dünya futbolu
Bundesliqada yeni rekord
Futbol üzrə Almaniya Bundesliqasının 24-cü turunda “Hoffenhaym”ı səfərdə 6:0 hesabıyla məğlub edən “Bavariya” yeni rekord müəyyənləşdirib.
Futbolinfo.az xəbər verir ki, Münhen təmsilçisi ardıcıl 5-ci səfər matçından ən azı 3 qolla dönməyi bacarıb.
Bu isə Bundesliqa tarixində yeni rekorddu. Komanda əvvəlki səfər görüşlərində “Köln” (4:1), “Maynts” (3:1), “Herta” (4:0) və “Frayburq”a (3:1) qalib gəlib. Hans Flikin yetirmələri sonuncu dəfə ötən il dekabr ayının 7-də Mönhenqladbax “Borussiya”sı ilə qarşılaşmada məhsuldarlıq baxımından çətinlik çəkib (1:2).
Qeyd edək ki, hazırda aktivində 52 xal olan “Bavariya” turnir cədvəlinə başçılıq edir.
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı