Dünya futbolu
Bundesliqadan Premyer Liqaya 55 milyon avroluq transfer
“Aston Villa” növbəti transferini rəsmiləşdirib.
Futbolinfo.az xəbər verir ki, Premyer Liqa təmsilçisi Almaniyanın “Bayer” klubunun fransalı hücumçusu Mussa Diabini heyətinə qatıb.
24 yaşlı hücumçu ilə 5 illik müqavilə imzalanıb. Transfer birmingemlilərə 55 milyon avroya başa gəlib.
Diabi ötən mövsüm “Bayer”in heyətində 48 oyuna çıxıb, 14 qol vurub. Diabi həmçinin Fransa yığmasının heyətində 9 oyun keçirib.
“Bayer” Diabinin əvəzində Belçikanın “Yunion” klubunun hücumçusu Viktor Bonifaseni transfer edib. Nigeriyadan olan 22 yaşlı forvardla 5 illik müqavilə imzalanıb. Bundesliqa təmsilçisi onun transferi üçün 20.5 milyon avro ödəyəcək.
- Milli komanda2024-05-03 08:00
Vay(ss) bizim halımıza?
- Müsahibə2024-05-02 15:51
Dodo “Qəbələ”yə kömək etmək istəyir: I Liqada da oynamağa hazırdır
- Ölkə futbolu2024-05-03 15:05
“Neftçi”nin transfer etmək istədiyi futbolçu Danimarkada həbsdə olub – cinsi təcavüzə görə
- Digər idman növləri2024-05-03 13:25
Tanınmış idmançılarla – öncə master-klas, sonra birgə məşq