Ölkə futbolu
Buqrin FIFA-ya şikayət etdi: “Neftçi”yə qayıda bilər
“Neftçi”nin sabiq futbolçusu Sabir Buqrin “Esperans”da problemlə üzləşib.
Futbolinfo.az saytının Tunis mətbuatına istinadən məlumatına görə, adıçəkilən komanda mərakeşli yarımmüdafiəçiyə borcunu ödəməyib.
“Esperans”ın 27 yaşlı oyunçuya konkret olaraq 270 min dollar borcu var. Buqrin bununla bağlı artıq FIFA-ya müraciət edib. Bu ayın sonunda komandası ilə yollarını ayıracaq pleymeyker pulunu tam almaqda israrlıdır.
Qeyd edək ki, Sabir Buqrinin yenidən “Neftçi”yə qayıtmaq variantı var. O, 2020-2022-ci illərdə “ağ-qaralar”ın formasını geyinib. Bakılılar onu “Esperans”a təxminən 800 min dollara satmışdı.