Ölkə futbolu
“Bursaspor”un Namik Ələskərova 424 min avro borcu var
Bu mövsüm heç bir peşəkar liqada iştirakına icazə verilməyən Türkiyənin “Bursaspor” klubunun borclu olduğu futbolçuların və menecerlərin siyahısı açıqlanıb. Futbolinfo.az xəbər verir ki, siyahıda Azərbaycan yığmasının və “Sabah”ın üzvü Namik Ələskərovun da adı var.
Bursa təmsilçisi Ələskərova 424 min avro ödəməlidir. 2021/2022-ci il mövsümündə bu komandada oynayan yarımmüdafiəçi maaşının çox hissəsini ala bilməyib.
Xatırladaq ki, vaxtilə Türkiyə çempionu olmuş bursalılar Namiqi cəmi 50 min dollar ödəməklə “Neftçi”dən almışıd. Futbolçu aşağı liqaya düşən “timsahlar”dan azad agent kimi ayrılarkən isə “Sabah”a gəlib.
- Milli komanda2024-05-03 08:00
Vay(ss) bizim halımıza?
- Müsahibə2024-05-02 15:51
Dodo “Qəbələ”yə kömək etmək istəyir: I Liqada da oynamağa hazırdır
- Ölkə futbolu2024-05-03 15:05
“Neftçi”nin transfer etmək istədiyi futbolçu Danimarkada həbsdə olub – cinsi təcavüzə görə
- Digər idman növləri2024-05-03 13:25
Tanınmış idmançılarla – öncə master-klas, sonra birgə məşq