Dünya futbolu
“Bütün gücümüzlə “Qarabağ”la oyuna hazırlaşmalıyıq”
“Qarabağ”ın Çempionlar Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi “Sürix” İsveçrə çempionatında 2-ci tur oyununa çıxıb. Komanda doğma meydanda “Luzern”lə qarşılaşıb. Matç 0:0 hesabı ilə başa çatıb.
“Sürix” 2 turdan sonra 1 xalla hazırda 7-ci pillədə qərarlaşıb.
Matçdan sonra keçirilən mətbuat konfransında “Sürix”in baş məşqçisi Franko Foda komandasının xüsusən ilk yarım saatdakı oyunundan razı qaldığını deyib: “Biz bu mövsüm ilk xalımızı qazandıq və qol buraxmadıq. Komandamızın yekunda qalib gəlmək üçün fiziki gücü çatmadı. İndi toparlanmalı və bütün gücümüzlə “Qarabağ”la oyuna hazırlaşmalıyıq”.
Xatırladaq ki, “Qarabağ” Bakıdakı ilk görüşdə “Sürix”ə 3:2 hesabı ilə qalib gəlib. Cavab matçı iyulun 27-si İsveçrədə olacaq.
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib
- I Liqa2024-04-30 14:45
“Araz Saatlı”nın məşqçisinə 2 oyunluq cəza
- Dünya futbolu2024-04-30 11:32
“Real” Kurtuanı türk qapıçı ilə əvəz etmək istəyir
- Ölkə futbolu2024-04-30 11:25
“Qarabağ” – “Neftçi” oyununun stadionu dəyişib