Milli komanda
Canni de Byazi: “AFFA-dan bir cavab yoxdur”
“İtaliyada durum çox pisdir. Sevinirəm ki, ailəm və mən hazırda yaxşı durumdayıq”. Bu sözləri futbolinfo.az-a açıqlamasında Azərbaycan yığmasının baş məşqçi postuna namizəd Canni de Byazi deyib.
O, İtaliyada koronavirusun dəhşətli olduğunu bildirib: “Digər ölkələrə nisbətdə bizdə çox dəhşətli durumdur. Evdən çıxmırıq. Ümid edirəm ki, bütün ölkələr birləşib bu bəladan qurtulacaqlar. Hər şey yaxşı olacaq”.
Byazi AFFA-dan yığma ilə bağlı heç bir cavab almadığını da sözlərinə əlavə edib: “AFFA-dan bir cavab yoxdur. Koronavirus səbəbindən millinin toplanışının da təxirə salındığını eşitdim. Yəqin ki, təhlükə sovuşandan sonra hər şey qaydasına düşər”.
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı