Ölkə futbolu
“CBC Sport” oyunun vaxtını dəyişdi
“Neftçi” – “Keşlə” matçının başlama vaxtı dəyişdirilib. Klublar az öncə məkan və saatla bağlı verdikləri açıqlamanı təzələməli olacaq.
İş ondadı ki, “Neftçi”nin təlim-məşq toplanışı çərçivəsində keçirəcəyi ikinci yoxlama oyununu yanvarın 14-də “Bakcell Arena”ya təyin etmişdi. Oyun saat 16:00-da başlamalı və “Neftçi TV” vasitəsilə canlı yayımlanmalı idi. Lakin az öncə qarşılaşma bir saat sonraya çəkilib. Oyunun 17:00-da başlamasını “CBC Sport” istəyib. Telekanal matçı canlı yayımlamaq istəyib və tərəflərlə danışdıqdan sonra istəyinə çatıb.