Dünya futbolu
“Çelsi”dən 7 illik müqavilə
“Çelsi” daha bir transferi rəsmiləşdirmək üzrədir. Londonlular Corce Petroviçi heyətinə qatacaq.
Futbolinfo.az xəbər verir ki, daha bir il artırılması mümkün olan 7 illik müqavilə üçün razılıq alınıb. Futbolçudan öncə klubu da keçidə razılaşıb. Belə ki,”Nyu Enqland Revolyuşn” 17,5 milyon dollar qazanacaq, daha sonra 2,2 milyon dollar bonus əldə etmək imkanı olacaq.
MLS klubuna ötən il “Çukariçki”dən gedən serb qolkiper 3 illik müqavilə bağlamışdı. 25 yaşlı oyunçu ABŞ klubunda sərgilədiyi oyunla “Çelsi”nin diqqətini çəkib.