Dünya futbolu
“Çelsi”nin tarixdəki ən pis mövsümü
“Çelsi” son 27 ildə ilk dəfə mövsümü turnir cədvəlinin ikinci yarısında bitirəcək. Komanda həmçinin Premyer Liqada xal antirekorduna imza atacaq.
Futbolinfo.az xəbər verir ki, uğursuz oyunlar seriyası davam edən londonlular dünən “Mançester Siti”yə ardıcıl 6-cı oyunda qol vurmadan uduzmaqla (0:1) bu aqibəti yaşadı. Topladığı 43 xalla 12-ci pillədə olan komanda ən yaxşı halda 11-ci yerə qalxa bilər. 10-cu olan “Fulhem”in 52 xalı var və qalan 2 oyunda bu fərqi qapamaq mümkünsüzdür. “Çelsi” sonuncu dəfə 1996-cı ildə belə uğursuz dönəm yaşamış, mövsümü 11-ci pillədə başa vurmuşdu.
“Zadəganlar” xal baxımından da tarixinin antirekordunu yaşayacaq. Komanda hətta qalan 2 oyunda qalib gəlsə də, 49 xal həddinə keçməyəcək. “Çelsi”nin Premyer Liqada iştirak etdiyi müddətdə ən pis göstəricsi 1995/96 və 2015/16 mövsümlərində olub. O zaman 50 xal toplamaq mümkün olmuşdu.
- Müsahibə2024-04-18 08:00
Rezabala avrokuboka vəsiqə istəyir: “Səhv etməyə ixtiyarımız yoxdur”
- Ölkə futbolu2024-04-19 08:52
Yüksək əmsal “Qarabağ”a əlavə üstünlük verir
- Digər idman növləri2024-04-17 21:46
“Neftçi” finalda “Xəzri”yə rəqib oldu
- Digər idman növləri2024-04-18 17:00
Şahmat Federasiyası yeni loqonun hazırlanması ilə bağlı müsabiqə elan etdi