Ölkə futbolu
“Çempionata tam hazır deyiləm” – “Neftçi”nin futbolçusu
“Neftçi”nin futbolçusu Kilan Lebon klubun televiziyasına açıqlama verib.
Futbolinfo.az xəbər verir ki, bir müddətdir zədədən əziyyət çəkən fransalı yarımmüdafiəçi öz durumundan danışıb və komandasının Antalyadakı təlim-məşq toplanışını dəyərləndirib:
“Hazırlığa fərdi məşqlərlə davam edirəm. Buna görə ümumi məşqlər haqda nəsə deyə bilmərəm. Sevinirəm ki, komanda ilə birlikdəyəm və məşq edirəm. 2 gündür məşqlərə başlamışam, çempionata tam hazır olduğumu deyə bilmərəm, amma ümid edirəm ki, topanışın sonuna qədər hazır olacağam. Azarkeşlərə təşəkkürümü bildirirəm. Hər zaman dəstəklərini duyuruq. Onların nəticələrdən razı olmadığını bilirəm. Ona görə də çalışacağıq ki, çempionatın ikinci hissəsində daha yaxşı çıxış edək”.
Qeyd edək ki, “Neftçi” ilk yoxlama oyununda “Ərzurumspor”a məğlub olub – 1:3. “Ağ-qaralar” ikinci sınaq matçında Almaniya 3-cü liqa təmsilçisi “Sportverein Valdhof”la qarşılaşacaq. Oyun yanvarın 13-də keçiriləcək.
- Müsahibə2024-04-18 08:00
Rezabala avrokuboka vəsiqə istəyir: “Səhv etməyə ixtiyarımız yoxdur”
- Ölkə futbolu2024-04-19 21:00
“Sumqayıt” avrokubok iddiasını davam etdirir
- Ölkə futbolu2024-04-19 08:52
Yüksək əmsal “Qarabağ”a əlavə üstünlük verir
- Ölkə futbolu2024-04-18 09:45
Mirzov “Neftçi” ilə yeni müqavilə imzalamayacaq