Dünya futbolu
Çempionlar Liqasının oyunları təxirə salındı
Futbol üzrə Asiya Çempionlar Liqasının mart ayında Cənubi Koreyada keçirilməli olan oyunları ləğv olunub.
Futbolinfo.az xəbər verir ki, buna koronavirus epidemiyası səbəb olub.
ÇL-də iştirak edən yerli klublar – “Seul”, “Ulsan”, “Suvon” və “Çonbuk”un 3-4 mart tarixlərində evdə oynamalı olduqları matçlar qeyri-müəyyən müddətədək təxirə salınıb.
Qeyd edək ki, Cənubi Koreyada koronavirusa 1146 yoluxma halı qeydə alınıb. Bunlardan 12-si ölümlə nəticələnib. Epidemiyaya görə yerli çempionatın startı (29 fevral) da təxirə salınıb.