Bizi izləyin

Premyer-liqa

“Çempionluq bizim olacaq” – Qurban Qurbanov

blank

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 14-cü turu çərçivəsində “Sabah”a qarşı keçirdikləri oyunu şərh edib.

Futbolinfo.az xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı 2:1 hesabıyla qalib gəldikləri matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

  • Hamımız futbol üçün darıxmışdıq. Koronavirus pandemiyasına görə narahatlıq var idi ki, birdən çempionat dayanar. İnşallah, bu xəstəlik tez bitər və azarkeşlərimiz stadiona qayıdar. Vacib oyuna çıxmışdıq. İstirahətdən qayıdılıb deyə, istədiyin oyunu meydanda görə bilmirsən və buna görə nəticə qazanmaq vacib olur. Rəqib bu gün fərqli sistemlə oynadı. Nə qədər çətin olsa da, futbolçularım işlərinin öhdəsindən gəldilər. Vaxt getdikcə daha yaxşı olacağıq.
  • 2021/22 mövsümündə 2,3,4-cü yeri tutan komandalar Konfrans Liqasında olacaq. Bu ilki çempionluğun daha vacib olduğunu düşünmürsüz?
  • Bu turniri gözləmək lazımdır. Yəqin ki, fərqli özəllikləri olacaq. Qarşımıza çempionluq hədəfi qoymuşuq. Ola bilər ki, büdcələri zəif olan komandalara bu turnir təsir edə bilər. Ancaq hələ məbləğ bəlli deyil. Gözləyək, görək nə olacaq. Çempionlar Liqası fərqlidir, hamımız ora fərqli yanaşırıq. Çalışırıq ki, yuxarı pilləni tutaq. Sona qədər mübarizə aparacağıq, qismətdirsə, çempionluq bizim olacaq.
  • Transferlərlə bağlı məsələ nə yerdədir?
  • İnanın ki, çox çətindir. Yaydan bu yana transfer barəsində passiv görünə bilərik, futbolçu tapmaq, onu razı salmaq çox çətindir. Bu gün heyətdə zədəli futbolçular var. Öz çempionatımızda da bizə oyunçu lazımdır. İstəyirik ki, uyğun bir transfer edək. Ola bilər indi alınmasın, yayda müqavilə bağlansın. Pandemiyadan sonra transfer etmək çətin oldu. Futbolçular da karyeralarını yaxşılaşdıra biləcəyi yerlərə getmək istəyir.
  • Toplanışdan istədiyinizi əldə edə bildinizmi?
  • Deməzdim ki, toplanış pis keçdi. Vaxtımız az idi, ölkədən kənarda olsaydıq, yenə də maksimum 2 yoxlama oyunu olacaqdı. “Zirə” ilə oyunda da fərqli dəqiqələr oldu. Başqa çıxış yolumuz yox idi. İlboyu da komanda çox yüklənmişdi. Ümumi olaraq, hazırlıqdan razı qaldım. Özobiç çox yaxşı formada idi, ancaq son məşqdə zədələndi.
  • Nurlan İbrahimov məcburən klubdan ayrıldı. Sizin fikriniz necədir onunla bağlı?
  • Onun haqda danışmaq ağırdır. Heyfslənirəm ki, belə sərt qərar verildi. Klub olaraq Nurlandan çox məmnun idik. Hər zaman onunla isti münasibətlərimiz var idi. Getməsinə üzüldük, ancaq başqa yolu yox idi. Nurlan hər zaman bizim qəlbimizdədir. O, hər zamankı kimi bizim ürəyimizdə qalacaq.
  • Bu sərt qərarda bizim UEFA-da olan nüfuzumuz necə rol oynadı?
  • Bu haqda az danışmalıyıq. Bəzi qərarlar var ki, biz onları qınaya bilmərik. Bu qərarlarla bağlı əvvəlcədən xəbərdarlıq edilir. Biz hamıyla mübarizə apara, qərarlara etiraz edə bilərik. Bu, bizim həm vaxtımızı alar, həm də nüfuzumuzu aşağı salar. Ciddi qərarlar olmayanda başqa ölkələrin, başqa insanların əlinə şans vermiş olarıq. Biz “İnter”lə oyunda nə qədər vaxt itirdik, mübahisələr oldu. Ancaq qərar verilmişdi. Elə qərarlar var ki, sadəcə, səhv etmək lazım deyil. Cəzalanmışıqsa, bunu qəbul edib, ağıllı hərəkət etməliyik. Hər zaman çalışırıq ki, biz öz mədəniyyətimizi qoruyaq. Bəzi qərarlar olub ki, ölkə olaraq bizə çox da inamlı baxmayıblar. Əfsuslar olsun. Nurlanı biz çox istəyirik, bəlkə bundan sonra daha nüfuzlu yerdə olacaq.
  • Bu gün oğlunuz Musa Qurbanlı qol vurdu. Heyətinizdə zədəli futbolçular var. Onu icarəyə verdiyinizə peşman olmadız?
  • Bir qərar verdikdən sonra peşman olmuram. Hər zaman seçimlərin düzgün olduğunu düşünürəm. Musanın getməsini Rəşad Sadıqov çox istədi. Bizim göndərmək fikrimiz yox idi.
  • Donald Gerye və Mahir Emreliyə təkliflər olduğu deyilir. Bu haqda nə deyə bilərsiz?
  • Geryeylə bağlı təklif yoxdur. Lakin Mahirlə bağlı Polşa klubu təklif göndərib. Başqa bir neçə klub da Mahirlə maraqlanır. Lakin hələ ciddi bir dəyişiklik gözlənilmir. Gerye də deyəsən, İstanbuldadır hələ.
Reklam
Şərh et

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Reklam


blank
Dünya futbolu2024-04-13 08:00

“Qəbələ” “Turan Tovuz”a, “Neftçi” “Araz-Naxçıvan”a qarşı

blank
Dünya futbolu2024-04-13 01:31

“Betis” “Selta” üzərində qələbəyə sevindi

blank
Dünya futbolu2024-04-13 01:20

“Lans” səfərdən xalsız döndü

blank
Dünya futbolu2024-04-13 00:47

“Latsio”dan darmadağın

blank
Dünya futbolu2024-04-13 00:38

“Auqsburq”dan inamlı qələbə

blank
Dünya futbolu2024-04-13 00:29

“Sivasspor” “Trabzonspor”a səfərdə qalib gəldi

blank
Digər idman növləri2024-04-12 23:31

“Sabah” çempionatın vahid lideri oldu, “Sumqayıt” pley-off şansını itirdi

blank
Premyer-liqa2024-04-12 22:48

“Sarı vərəqələr məni də dilə gətirəcək” – Samir Abasov

blank
Premyer-liqa2024-04-12 22:21

“Sumqayıt”la “Zirə”nin oyunundan qol səsi çıxmadı – VİDEO

blank
Premyer-liqa2024-04-12 22:13

“Neftçi”ni də çalışdıra bilərəm, “Qarabağ”ı da…” – Rəşad Sadıqov

blank
Digər idman növləri2024-04-12 21:27

2 boksçumuz Avropa birinciliyində finalında

blank
Premyer-liqa2024-04-12 20:56

“Sumqayıt”la “Zirə”dən heç-heçə

blank
Digər idman növləri2024-04-12 20:08

Güləş Federasiyası italiyalı güləşçi Frank Çamizonun iddaları ilə bağlı bəyanat yaydı

blank
Ölkə futbolu2024-04-12 19:41

“Qurban Qurbanov futbolçularına ata kimidir”

blank
Digər idman növləri2024-04-12 19:20

Avroliqanın qalibinə ödəniləcək mükafat elan edildi

blank
Digər2024-04-12 19:00

Gəncə şəhəri 2025-ci ildə MDB-nin idman paytaxtı elan edildi

blank
Dünya futbolu2024-04-12 18:42

Xavi qərarını dəyişə bilər

blank
Digər idman növləri2024-04-12 18:21

Azərbaycan cüdoçuları üçün Berlin sınağı

blank
Milli komanda2024-04-12 18:00

Millinin Gürcüstanla oyunlar üçün heyəti açıqlandı

blank
Digər idman növləri2024-04-12 17:40

Formula 1 pilotundan Şanxaya özəl dəbilqə

blank
Dünya futbolu2024-04-12 17:20

Avropa çempionatında VAR-ın müdaxiləsi minimuma endiriləcək

blank
Digər idman növləri2024-04-12 17:00

Formula 1 üzrə Azərbaycan qran-prisi bir həftə sonraya keçirildi

blank
Digər idman növləri2024-04-12 16:33

Azərbaycan cüdoçuları Avropa Kubokunda çıxış edəcəklər

blank
Dünya futbolu2024-04-12 16:00

Premyer Liqada martın ən yaxşıları bəlli oldu

blank
Dünya futbolu2024-04-12 15:06

“Fənərbaxça”da ciddi itki

blank
Dünya futbolu2024-04-12 14:31

“Bayern”də yeni müqavilə

blank
Milli komanda2024-04-12 14:02

“Belə matçlarda nəticə önəmli olmur”

blank
Milli komanda2024-04-12 13:33

“Komandanın fiziki hazırlığından razı deyiləm” – Borisov

blank
Milli komanda2024-04-12 13:04

Millimiz Olimpiya Təsnifat turnirinə qələbə ilə başladı

blank
Digər idman növləri2024-04-12 12:46

Ev sahibləri üçün uğursuz gün

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm