Ölkə futbolu
Çempionun oyunu təxirə salındı – ÇL-ə görə
Futzal üzrə Yüksək Liqada V turun oyun cədvəli açıqlanıb.
Futbolinfo.az xəbər verir ki, növbəti turun bir oyunu təxirə salınıb.
Bu barədə Azərbaycan Futzal Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Belə ki, “Araz”ın (Naxçıvan) EKOL-a qarşı keçirməli olduğu oyun qeyri-müəyyən vaxta təxirə salınıb. Buna səbəb ölkə çempionunun həmin ərəfədə UEFA Çempionlar Liqasının final mərhələsində mübarizəyə başlamasıdır. Azərbaycan təmsilçisi oktyabrın 28-də həlledici raundda ilk görüşünü keçirəcək. Joze Alesio Da Silvanın baş məşqçi olduğu kollektiv Ukraynada “Uraqan İvano – Frankivsk” klubu ilə qarşılaşacaq. Oktyabrın 28-də baş tutacaq matç Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.