Digər idman növləri
Çin yığması Astarada çempion oldu
Basketbolun 3×3 növü üzrə Dünya Qadın Seriyasında Astara mərhələsinə yekun vurulub.
Futbolinfo.az xəbər verir ki, bu gün əvvəlcə 1/4 final oyunları baş tutub.
İlk 1/4 final oyununda Ukrayna seçməsi Polşa komandasına 16:13 hesabı ilə qalib gəlib. Klub təmsilçimiz “Neftçi” isə 1/4 final oyununda güclü Çin millisinə 6:21 hesabı ilə məğlub olub. Digər 1/4 final oyunlarında Avstriya 14:8 hesabı ilə Macarıstana, Misir seçməsi isə Çinin “Yuanda” klubuna 21:13 hesabı ilə qalib gəlib.
Yarımfinal oyunlarında Çin millisi Ukraynanı 19:17, Misir yığması Avstriyanı 21:14 hesabıyla üstələyib. Finalda Misirə 21:15 hesabıyla qalib gələn Çin yığması Astaradakı turnirin qalibi olub.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”