Dünya futbolu
ÇL: “Atletiko” “Borussiya”ya, PSJ “Barselona”ya qarşı
UEFA Çempionlar Liqasında (ÇL) 1/4 final mərhələsinin ilk oyunları keçirilir.
Futbolinfo.az xəbər verir ki, bu gün daha 2 oyun baş tutacaq.
Madrid “Atletiko”su doğma meydanda Dortmund “Borussiya”sı ilə üz-üzə gələcək. Fransa və İspaniya çempionları – PSJ ilə “Barselona” isə Parisdə qarşılaşacaqlar.
Qeyd edək ki, bu mərhələnin cavab matçları aprelin 16-17-də təşkil olunacaq.
Ötən gün baş tutan “Real” (İspaniya) – “Mançester Siti” (İngiltərə) və “Arsenal” (İngiltərə) – “Bayern” (Almaniya) oyunlarında qalib müəyyənləşməyib – müvafiq olaraq 3:3 və 2:2.
UEFA Çempionlar Liqası
1/4 finalın ilk oyunları
10 aprel
23:00. “Atletiko” (Madrid, İspaniya) – “Borussiya” (Dortmund, Almaniya)
Baş hakim: Marko Quida (İtaliya).
Madrid, “Metropolitano” stadionu.
23:00. PSJ (Fransa) – “Barselona” (İspaniya)
Baş hakim: Entoni Teylor (İngiltərə).
Paris, “Park de Prens” stadionu.
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Müsahibə2024-04-10 11:44
Subaşiç “Neftçi” və “Qəbələ”yə görə məyusdur: “Rəhbərlik heyət və məşqçi ilə bağlı qərar verməlidir”
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…