Dünya futbolu
ÇL-də həftənin ən yaxşısı adına 4 namizəd
UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu adına namizədlər müəyyənləşib.
Futbolinfo.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, bu ada İtaliya “Atalanta”sında Duvan Sapata, İngiltərə “Mançester Yunayted”indən Markus Reşford, Fransa PSJ-sindən Moyze Kin və İspaniya “Atletiko”sundan Joao Feliks iddia edir.
Reşford qrup mərhələsinin ikinci turunda Almaniya “Leyptsiq”inə 5:0 hesabı ilə qalib gəldikləri görüşdə het-trik edib. Moyze Kin İstanbulda “Başakşehir”i 2:0 hesabı ilə məğlub etdikləri qarşılaşmada dubla imza atıb. Feliks Avstriya “Zalsburq”unu 3:2 üstələdikləri matçda iki qol vurub, Sapata isə İtaliyada Niderland “Ayaks”ı ilə oyunda dubl edib.
Qalib UEFA-nın rəsmi saytında azarkeşlər arasında keçiriləcək səsvermədən sonra bəlli olacaq.
- Ölkə futbolu2024-04-16 13:19
AFFA-da fırtınaqabağı sakitlik: maliyyə yoxlaması davam edir
- Ölkə futbolu2024-04-17 10:49
12 komandalı çempionat: necə etməli?
- Ölkə futbolu2024-04-16 09:10
Lunyov “Qarabağ”dan ayrıla bilər
- Ölkə futbolu2024-04-17 09:23
Mirzov “Neftçi”dən ayrılır: Premyer Liqadan təklifləri var