Dünya futbolu
ÇL: Həftənin ən yaxşısı adına 4 namizəd
UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk 4 oyunundan sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər bəlli olub.
Futbolinfo.az xəbər verir ki, UEFA bu ada 4 namizədin adını açıqlayıb.
Almaniyanın “Borussiya” (Dortmund) klubundan Kərim Adeyemi, “Bavariya”dan Kinqsli Koman, İtaliya “Milan”ından Rafael Leao və Portuqaliya “Benfika”sından Fredrik Aursnes həftənin ən yaxşısı olmağa namizəddir.
Qalib UEFA-nın rəsmi saytında azarkeşlər arasındakı səsvermə nəticəsində bəlli olacaq.