Dünya futbolu
ÇL: “Qalatasaray” səfərdə, “Rakuv” evdə qələbə qazandı
UEFA Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinə start verilib.
Futbolinfo.az xəbər verir ki, ilk oyun günündə 7 qarşılaşma keçirilməli idi.
Azərbaycanlı hücumçu Mahir Emrelinin çıxış etdiyi Xorvatiyanın “Dinamo” (Zaqreb) komandası Yunanıstanda AEK-in qonağı olmalı idi. Amma bu görüş Afinadakı iğtişaşlar səbəbindən təxirə salınıb.
Ötən mərhələdə Azərbaycan çempionu “Qarabağ”ı mübarizədən kənarlaşdırmış “Rakuv” Polşada Kiprin “Aris” klubunu məğlub edib.
Türkiyə çempionu “Qalatasaray” isə Sloveniyada “Olimpiya” (Lyublyana) ilə qarşılaşıb və darmadağına sevinib. Bu cütün məğlubu Avropa Liqasının pley-off mərhələsində “Qarabağ” – HJK (Finlandiya) duelinin güclüsünə rəqib olacaq.
UEFA Çempionlar Liqası
3-cü təsnifat mərhələsinin ilk oyunları
8 avqust
“Rakuv” (Polşa) – “Aris” (Kipr) 2:1
“Kopenhagen” (Danimarka) – “Sparta” (Praqa, Çexiya) 0:0
PSV (Niderland) – “Şturm” (Avstriya) 4:1
AEK (Yunanıstan) – “Dinamo” (Zaqreb, Xorvatiya) matçı təxirə salınıb
“Klaksvik” (Farer adaları) – “Molde” (Norveç) 2:1
“Olimpiya” (Sloveniya) – “Qalatasaray” (Türkiyə) 0:3
“Braqa” (Portuqaliya) – “Baçka Topola” (Serbiya) 3:0
- Milli komanda2024-05-03 08:00
Vay(ss) bizim halımıza?
- Müsahibə2024-05-02 15:51
Dodo “Qəbələ”yə kömək etmək istəyir: I Liqada da oynamağa hazırdır
- Ölkə futbolu2024-05-03 15:05
“Neftçi”nin transfer etmək istədiyi futbolçu Danimarkada həbsdə olub – cinsi təcavüzə görə
- Digər idman növləri2024-05-03 13:25
Tanınmış idmançılarla – öncə master-klas, sonra birgə məşq