Bizi izləyin

Layihə

Çoxşaxəli rəqabət: futbolla kifayətlənmək olmaz

blank
blank

Ötən həftə Azərbaycan idmanının gələcəyi ilə bağlı ümidverici bir xəbər ortaya çıxdı. Yayılan məlumata görə, “Qarabağ” futbol klubu həm də basketbol komandası yaratmaq fikrindədir. Bu barədə baş məşqçi Qurban Qurbanov məlumat verdi.

Son mövsümdə “Sabah”ın basketbol komandası futboldakı qədər uğurlu ola bildi. İndi də “Qarabağ” eyni addımı atmaq istəyir. Bu xəbərin ölkə idmanı üçün nə dərəcədə faydalı olacağını araşdıraq.

Əvvəla qeyd etmək lazımdır ki, dünya praktikasında bir neçə idman növündə fəaliyyət göstərən klublar çoxdur. Misal üçün uzağa getmək lazım deyil. Əvvəllər SSRİ dönəmində bu təcrübədən geniş istifadə edilirdi. Bu klubları cəmiyyət adlandırırdılar. Burada adın önəmi əsas deyil. Vacib olan bir cəmiyyətin daxilində bir neçə idman növünün inkişafı idi.

Azərbaycan SSR-də bir sıra idman cəmiyyətləri var idi ki, onlar müxtəlif idman növlərində həm kütləviliyin artmasına xidmət edirdi, həm də respublikamızın ümumittifaq yarışlarında təmsil olunmasına şərait yaradırdı.

Respublika miqyasında idman cəmiyyətlərindən başqa ümumittifaq səviyyəli təşkilatlar da var idi. Onlar artıq bir brend halını almışdı. “Spartak”, “Dinamo”, “Lokomotiv” və digər cəmiyyətlərin demək olar ki, bütün sosialist respublikalarında filialları və komandaları mövcud idi. Sovet hakimiyyəti dağıldıqdan sonra bu cəmiyyətlər əksər respublikalarda fəaliyyətlərini davam etdirdi. Xüsusilə də Rusiya, Ukrayna və digər idman cəhətdən inkişaf etmiş respublikalar bu təcrübədən yararlanmağa davam etdi.

blank

Azərbaycanda bu ənənənin qoruyucusu “Neftçi” İdman Cəmiyyəti idi. Lakin ölkədə belə cəmiyyətlərin olmaması rəqabətin də yoxluğu demək idi. Bu mənada indi İdman Sağlamlıq Mərkəzi adlanan “Neftçi” sanki meydanda tək qalmışdı.

Vaxtilə güclü voleybol çempionatımız olduqda “Neftçi”nin orada çıxışını görmüşdük. Ondan başqa tarixin yaddaşına köçmüş “Bakı” futbol klubunun da voleybol komandası var idi. Bütün bunlar tendensiyadan uzaq hallar olduğuna görə effekti də güclü olmurdu. Bu gün “Neftçi” İSM-in və “Sabah” futbol klubunun basketbol komandaları da var. “Qarabağ” klubu da bu hərəkata qoşulsa, intriqalı bir çempionat yarana bilər. Nəzərə alsaq ki, futbol üzrə son Azərbaycan çempionatlarında bu 3 klub daha iddialı və bir-birindən güclü olmaq istəyinə malikdir, o zaman eyni maraqlı mübarizəni basketbolda da görə bilərik.

HAŞİYƏ: Ölkəmizdə başqa idman növlərinə qucaq açan klublar da var. Bəzi klubların futzal çempionatında təmsilçisi var, “Qəbələ” Peşəkar İdman Klubu kimi fəaliyyətdədir və bəzi idman növlərinə aid bölmələri var.

Söylənənləri sübuta yetirmək üçün uzağa getməyə ehtiyac yoxdur. Qardaş Türkiyə idmanı neçə illərdir ki, bunun üzərində qurulub. Hamının tanıdığı “Qalatasaray”, “Fənərbağça” və “Beşiktaş” təkcə futboldan ibarət deyil. Bu cəmiyyətlər basketbol, voleybol və digər komanda növlərindən başqa fərdi növlərdə də böyük mübarizədədirlər. İdmanda cəmiyyət anlamı ənənələrini ən çox qoruyub saxlayan ölkələrdən biri elə Türkiyədir. Burada klubların idarəsi seçilən rəhbərlər tərəfindən aparılır. Yəni hər hansı bir cəmiyyətin böyük bir maqnata satılmasını müşahidə etmirik.

blank

Türkiyəyə qonşu Yunanıstanda bu ənənə bir qədər pozulub. Orada da “Olimpiakos”, “Panatinaikos” və digər böyük cəmiyyətlər var ki, onlar müxtəlif idman növlərində mübarizə aparır. Afina və Pirey cəmiyyətləri arasındakı rəqabət Yunanıstan idmanının inkişafının əsas hərəkətverici qüvvəsidir. Lakin “Panatinaikos”la müqayisədə “Olimpiakos”da artıq parçalanma mövcuddur. Basketbol klubunun Angelopulos qardaşları tərəfindən alınması onları cəmiyyətdən müəyyən mənada uzaqlaşdırıb. “Panatinaikos”da vəziyyət fərqlidir. Hazırda bu cəmiyyət 24 müxətlif növdə fəaliyyət göstərir. Onlardan bəzilərində həm qadın , həm də kişi bölmələri var.

Türkiyədə olduğu kimi, İspaniya da ənənələri qoruyub saxlayır. Bu gün Pireneydə “Real” və “Barselona”nın rəqabəti təkcə futbolda mövcud deyil. İspaniya basketbol liqasının da bəzəyi “El-Klassiko”dur. Basketbol klubu da futboldakı kimi müvafiq olaraq Florentino Peres və Joan Laporta tərəfindən idarə edilir.

Müasir dövrdə, xüsusilə də ərəb sərmayədarlarının və amerikalı investorların daxil olduğu idman bazarında cəmiyyətlərin nəticə baxımından uğur qazanması bir qədər çətin görünür. Bunu futbolda ingilis klublarının timsalında görmək mümkündür. Orada cəmiyyət yoxdur və klubların əksəriyyətinin sahibi əcnəbi milyarderlərdir. Həmin pulların İspaniya, Türkiyə, Yunanıstan və digər ölkələrə daxil olmasını əngəlləyən amillərdən biri də məhz cəmiyyətləin olmasıdır. Müəyyən hallarda rəqabətədavamlı qalmaq üçün bəzi klublar ənənədən kənara çıxmalı olur. Bütün bunlar elitar səviyyədən qopmamaq üçün edilir.

blank

Azərbaycanda isə əks tendensiyanın uğur qazanacağı görünür. Etiraf etməliyik ki, ölkəmizin heç bir idman çempionatı rentabelli deyil. Buna görə də biz çox-çox əvvəllərə gedib münasib üsullardan istifadə etməliyik. Əks halda, bu ölkədə yalnız futbol çempionatı olacaq. O da indi olduğu kimi…

İLQAR AĞAYEV

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu

blank
Reklam

Reklam


blank
Ölkə futbolu2024-05-08 16:22

PFL-lə “YAŞAT” Fondu arasında anlaşma memorandumu imzalandı

blank
Dünya futbolu2024-05-08 16:05

Avro-2024-də oynamayacaq

blank
Digər idman növləri2024-05-08 15:47

Bakıda keçirilən Dünya Kubokunda növbəti medalçılar bəlli oldu

blank
Ölkə futbolu2024-05-08 15:32

“Kəpəz” 8500 manatlıq cəzaya etiraz etməyəcək

blank
Ölkə futbolu2024-05-08 15:17

AFFA klublara təhlükəsizlik mövzusunda seminar keçib

blank
Digər idman növləri2024-05-08 15:01

Azərbaycan yığması Almatıda hazırlıq keçəcək

blank
Müsahibə2024-05-08 14:44

Najah gələcəyi barədə qərar verməyib: “Hər oyun öyrənmək üçün fürsətdir”

blank
Dünya futbolu2024-05-08 14:27

“Çelsi” yetirməsini satacaq

blank
I Liqa2024-05-08 14:18

I Liqada 25-ci turun təyinatları müəyyənləşdi

blank
Ölkə futbolu2024-05-08 14:09

Daha bir komandaya texniki məğlubiyyət verildi

blank
Digər idman növləri2024-05-08 14:04

Daha bir çempion vida edir

blank
Digər idman növləri2024-05-08 13:48

Olimpiadada idmançılar və jurnalistlər karton çarpayılarda yatacaq

blank
Ölkə futbolu2024-05-08 13:31

Heydər Əliyevin xatirəsinə həsr edilmiş turnirin qalibi məlum olub

blank
Əvəzedicilər2024-05-08 13:17

“Sumqayıt” rəsmisinə 5 oyunluq cəza

blank
Digər idman növləri2024-05-08 13:03

Bu gün yarımfinalın daha bir oyunu keçiriləcək

blank
Premyer-liqa2024-05-08 12:47

“Kəpəz”in 2, “Turan Tovuz”la “Neftçi”nin 1 futbolçusu 4 oyunluq cəza aldı

blank
Digər idman növləri2024-05-08 12:35

Öncə yarış, ardınca toplanış

blank
Milli komanda2024-05-08 12:17

Millimizin gələcək baş məşqçisi Bakıya gəlir

blank
Dünya futbolu2024-05-08 12:02

“Sabah kimsə necə qalib gəldiyimizi xatırlamayacaq”

blank
Dünya futbolu2024-05-08 11:45

Konfrans Liqasında ilk finalçı bu gün müəyyənləşəcək

blank
Dünya futbolu2024-05-08 11:28

Prezidentdən baş məşqçiyə dəstək

blank
Dünya futbolu2024-05-08 11:11

Enrikenin məğlubiyyət şərhi

blank
Digər idman növləri2024-05-08 10:54

İkinci raundun daha iki seriyasına start verildi

blank
Digər idman növləri2024-05-08 10:37

Atamanın komandası “Dördlər finalı”nda

blank
Dünya futbolu2024-05-08 10:19

Hummelsdən “qoca rekordu”

blank
Dünya futbolu2024-05-08 10:00

ÇL: “Real” “Bayern”ə qarşı

blank
Digər idman növləri2024-05-08 09:44

Azərbaycan parataekvondoçuları AÇ-yə yollandılar

blank
Ölkə futbolu2024-05-08 09:27

Georgiyevski “Neftçi”nin nəticələrini qəbulolunmaz sayır: “Qarabağ” nə qədər güclü olsa da…”

blank
Milli komanda2024-05-08 09:10

Kunts Kanadaya gedir

blank
Milli komanda2024-05-08 08:52

Eyni tarixdə üçüncü sınaq

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm