Ölkə futbolu
ÇSKA-nın hücumçusu rəsmən “Neftçi”də
“Neftçi” heyətini yeni futbolçu ilə gücləndirib.
Futbolinfo.az xəbər verir ki, paytaxt klubu bolqarıstanlı hücumçu Ahmed Ahmedovu heyətinə qatıb.
Bu barədə paytaxt klubunun rəsmi saytı məlumat yayıb. 25 yaşlı futbolçu ilə mövsümün sonunadək müqavilə imzalanıb.
Bolqarıstanın ÇSKA (Sofiya) klubuna (2020-2021; 17 oyun, 1 qol) məxsus olan 25 yaşlı futbolçu icarə əsasında “ağ-qaralar”ın formasını geyinəcək.
Ahmed Ahmedov Bolqarıstanın “Çernomorets” (2013-2014), “Neftoximik” (2014-2015; 18 oyun, 2 qol), “Pomorie” (2015-2018; 85 oyun, 25 qol), “Dunav Ruse” (2018-2020; 49 oyun, 14 qol) klublarında çıxış edib.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”