Ölkə futbolu
Dəqiqləşdi: Rövşən Nəcəf yeganə namizəd olacaq
AFFA-nın yeni prezidentinin adı bəllidir. Növbəti Hesabat-Seçki Konfransı aprelin 2-ə təyin edilsə də, artıq indidən Rövşən Nəcəfin seçiləcəyi dəqiqdir.
Futbolinfo.az-ın əldə etdiyi məlumata görə, SOCAR prezidenti seçkidə yeganə namizəd olacaq. Ona kimsə rəqib seçilməyib. Ən yüksək səviyyədə dəstək alan Rövşən bəy əməli fəaliyyətə başlayıb.
Rövnəq Abdullayev növbəti seçkiyədək formal olaraq işin başındadır. Artıq indidən əsas qərarları məhz Nəcəf verir. O, yeni komandasını formalaşdırmaq üçün bir sıra addılar atıb. Zamanla bunlarla bağlı məlumat verəcəyik.
Konfransa 10 gün qalanadək hər şey dəqiqləşməlidir. Rövşən bəyin yaxın günlərdə AFFA prezidentliyinə namizəd kimi adının rəsmən açıqlanacağı gözlənilir. Bununla yanaşı o, “Neftçi”də Müşahidə Şurasının sədri postundan istefa verməlidir. Bakı klubunda kimin söz sahibi olacağı isə AFFA-dakı prezident seçkilərindən sonra məlum olacaq.
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı
- Digər idman növləri2024-04-12 00:29
“Anadolu Efes” növbəti mərhələdə
- Ölkə futbolu2024-04-13 08:35
Leandro Azərbaycan dilini öyrənib: “Qarabağ”da yaşadıqlarım mənim üçün gözəl hekayədir”
- Milli komanda2024-04-12 18:00
Millinin Gürcüstanla oyunlar üçün heyəti açıqlandı