Dünya futbolu
Dadaşov millimizə görə komandasının toplanışına gec qoşulacaq
Azərbaycan millisinin hücumçusu Renat Dadaşov İsveçrənin “Qrasshopper” komandasının 2023/24 mövsümü öncəsi yay təlim-məşq toplanışına gec qoşulacaq.
Futbolinfo.az xəbər verir ki, bu barədə yerli “Blick” nəşri məlumat yayıb.
Bildirilib ki, Super Liqa təmsilçisi mövsümlərarası hazırlığa iyunun 19-da Bazeldə start verəcək. Lakin Dadaşov da daxil olmaqla, 4 oyunçu toplanışın ilk günlərində düşərgədə olmayacaq. Səbəb isə odur ki, onlar həmin vaxt milli komandalarında yer alacaqlar.
Yəni Dadaşov iyunun 17-də AM-2024-ün seçmə mərhələsində Estoniya ilə “Dalğa Arena”da keçiriləcək oyunda Azərbaycan millisinin heyətində olacaq. Yığma üzvlərinə klubda əlavə bir neçə günlük istirahət veriləcək.
Xatırladaq ki, “Qrasshopper” İsveçrə çempionatında sona iki tur qalmış turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”