Dünya futbolu
Dadaşovun komanda yoldaşı karantin qaydalarını pozdu
İngiltərənin “Vulverhempton” klubunun U-23 komandasının futbolçusu Morqan Gibs-Uayt karantin qaydalarına əməl etməyib.
Futbolinfo.az xəbər verir ki, 20 yaşlı yarımmüdafiəçi izolyasiya qaydalarını pozaraq evində əyləncə təşkil edib və görüntüləri sosial şəbəkədə paylaşıb.
Məclisdə ölkədə yayımlanan realiti-şou iştirakçıları ilə yanaşı, onlarla insan iştirak edib.
Bir müddət öncə koronavirusla mübarizə çərçivəsində #evdəqal aksiyasına qoşulan ingiltərəli oyunçunun hərəkəti birmənalı qarşılanmayıb. Buna görə tənqid hədəfinə çevrilən Gibs-Uayt videonu silmək məcburiyyətində qalıb.
Qeyd edək ki, Azərbaycan millisinin hücumçusu Renat Dadaşov da “Vulverhempton”un U-23 komandasının üzvüdü.
- Premyer-liqa2024-05-17 22:21
“Qarabağ” “Turan Tovuz”a qalib gəldi
- Ölkə futbolu2024-05-17 11:12
Vaqner Silva: “Avropada “Qarabağ”dan qorxurlar”
- Ölkə futbolu2024-05-17 13:38
“Avropanı şoka salmalarına dəqiqələr çatmadı”
- Premyer-liqa2024-05-17 23:50
“Əcnəbi hakimlərinin dəvət olunmasını xoş qarşılamadım” – Qurban Qurbanov