Digər idman növləri
Daha 3 güləşçimiz reytinq turnirində çıxış etdi
Xorvatiyada güləş üzrə reytinq turniri davam edir.
Futbolinfo.az xəbər verir ki, bu gün daha 3 güləşçimiz mübarizə aparıb.
Sərbəst güləş
125 kq
Vaxit Qalayev ilk mərhələdə misirli Diaeldin Abdulmutallibə (3:2) qalib gəlsə də, 1/8 finalda amerikalı Meyson Parrisə məğlub olub – 4:15.
Bu çəkidəki digər təmsilçimiz Georgi Meşvildişvili 1/8 finalda gürcüstanlı Solomon Manaşviliyə qalib gəlib – 7:5. 1/4 finalda iranlı Əmirrza Valadiyə (4:8) uduzan təmsilçimiz təsəlliverici görüşdə gürcüstanlı Givi Matçaraşvilini mübarizədən kənarlaşdırıb – 2:1. Meşvildişvili bürünc medal uğrunda Parrislə güləşib və 2:5 hesabıyla məğlub olub.
Qadın güləşi
55 kq
Gültəkin Şirinova 1/4 finalda ukraynalı Mariya Vinnikə məğlub olub – 3:14.
- Müsahibə2024-04-18 08:00
Rezabala avrokuboka vəsiqə istəyir: “Səhv etməyə ixtiyarımız yoxdur”
- Ölkə futbolu2024-04-19 08:52
Yüksək əmsal “Qarabağ”a əlavə üstünlük verir
- Ölkə futbolu2024-04-19 21:00
“Sumqayıt” avrokubok iddiasını davam etdirir
- Ölkə futbolu2024-04-19 08:00
Juninyoya Niderlanddan da müştəri çıxdı