Digər idman növləri
Daha bir karateçimiz BƏƏ-də gümüş medal qazandı
16-18 yaşlı gənclərdən ibarət Azərbaycan millisinin karateçisi Rumil Cəfərli Birləşmiş Ərəb Əmirliklərinin Fujeira şəhərində keçirilən “Karate1 Youth League” turnirinin gümüş medalını qazanıb.
Futbolinfo.az xəbər verir ki, 76 kq çəki dərəcəsində çıxış edən gənc idmançı yalnız finalda rəqibinə məğlub olaraq, ikinci yerlə kifayətlənib.
Ondan öncə U-21 yığmasının üzvü Nicat Kərimli (75 kq) də bu turnirdə gümüş medal qazanmışdı.
Xatırladaq ki, Dünya Karate Federasiyasının nüfuzlu turnirlərindən sayılan bu yarışda 14 yaşadək uşaqlar, 14-15 yaşlı yeniyetmələr, 16-18 və 21 yaşadək gənclər mübarizə aparırlar. 67 ölkədən 1169 idmançının qatıldığı turnirdə Azərbaycanı 27 karateçi təmsil edir.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”