Dünya futbolu
Daha bir oyunun yeri dəyişdirildi – ÇL-də
Futbol üzrə UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin daha bir matçının məkanı dəyişdirlib.
Futbolinfo.az xəbər verir ki, bu mərhələnin “Atletiko” ilə “Çelsi” arasında keçiriləcək ilk oyunu Madriddə yox, Rumıniyanın Buxarest şəhərində baş tutacaq.
Bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb. Bu qərarın verilməsinə koronavirus səbəb olub. Belə ki, pandemiya ilə əlaqədar İspaniya və İngiltərə arasında beynəlxalq uçuşlar dayandırılıb.
Sözügedən matç fevralın 23-də keçiriləcək.
Daha əvvəl bu mərhələnin “Leypsiq” – “Liverpul” və “Borussiya” (Münhenqladbax) – “Mançester Siti” oyunları üçün də oxşar qərar verilib. Bu oyunlar Budapeştdə keçiriləcək.
- Milli komanda2024-05-01 18:44
Milli komandamızın baş məşqçi postuna əsas namizəd bəlli oldu
- I Liqa2024-05-01 11:25
I Liqada 24-cü turun təyinatları müəyyənləşdi
- Ölkə futbolu2024-05-02 08:00
Bir aylıq istirahətin şərəfinə… Balaşın ariyası
- Digər idman növləri2024-04-30 23:44
“Xırdalan” pley-offa qələbə ilə başladı