Bizi izləyin

Milli komanda

“Daha yaxşı nəticə qazana bilərdik” – De Byazi

blank
blank

Futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi Qətər yığmasına qarşı keçirdikləri yoxlama oyununu şərh edib.

Futbolinfo.az xəbər verir ki, italiyalı mütəxəssis 2:2 hesabıyla başa çatan matçdan sonrakı mətbuat konfransında bunları söyləyib:

“Bu gün də qalib gələ bilmədik. Amma yaxşı oyun göstərdik. Xüsusilə ilk qoldan sonra yaxşı təsir bağışladıq. İkinci hissədə çoxlu qol imkanımız oldu. Bundan da yaxşı nəticə qazana bilərdik. Amma asan epizodlardan fərqlənə bilmiriksə, qalib gəlmək çətin olur. Futbolçuların oyunundan razıyam. Aramızda yaxşı əlaqə var. Bundan da çox inkişaf edə bilərik.

Fiziki baxımdan güclü komandaya qarşı oynadıq. Uzun müddətdir birlikdə oynayırlar və bu sistem üzərində işləyirlər. Bu oyunda nəticə çox da önəmli deyildi. Amma bizim üçün yaxşı sınaq oldu. Meydanda sonadək mübarizə apardıq. Təəssüf ki, səhv bizə baha başa gəldi. Buna baxmayaraq, təslim olmadıq və yaxşı reaksiya verdik. Qalib də gələ bilərdik. Futbolda bu cür qara oyunlar olur.

Lüksemburqla ağır oyundan sonra futbolçular bu matça başqa cür yanaşa bilərdilər. Amma yaxşı təsir bağışladılar. Qətər reytinqdə 46-cıdır. Kollektiv çoxdandır birlikdə çıxış edir. Təəssüf ki, 2 lazımsız qol buraxdıq. Yaxşı ki, heç-heçə etdik. Bu, hardasa məni sevindirir. Çox vaxt iynəli suallarla qarşılaşanda nəsə demək asan olmur. Futbolda hər şey hər an dəyişə bilər. Əsas odur ki, uşaqlar gördüyümüz işə inanırlar. Artıq baza var. Bu yolda davam etmək lazımdır.

Tək nəticələrə baxsaq, buradakı işimiz uğurlu alınmayıb. Ümumi götürsək, komandanın oyununda inkişaf görünür. Mən daha əvvəl də demişəm, nələrisə qurmaq istəyiriksə, bunu addım-addım etməliyik. Azərbaycan millisində gördüyümüz iş gələcəkdə ölkə futbolu üçün öz sözünü deyəcək. Mən hər şeyi sona çatdırmağa öyrəşmişəm. Artıq ideyalarım var. Nə edəcəyimi bilirəm. Hər şeyə federasiya qərar verəcək. Mən olsam da, olmasam da, bu layihənin üzərində işləmək lazımdır. Bunu daha əvvəl İtaliya yığması da edib. Böyük komandalardan nə isə öyrənmək lazımdır. Görürəm, taleyimlə bağlı çox səbirsizlənirsiniz. Qoy, qərar versinlər, ölkəniz haqqında nə dediyimə “Google”da yazıb baxarsınız”. (gülür)

De Byazi azarkeşləri müsbət nəticələrlə sevindirə bilmədikləri üçün təəssüfləndiyini söyləyib: “Gözləntilər böyük olanda təzyiq də güclü olur. Tərəfdarları başa düşürəm. Amma artıq yığmanın bazası qurulur. Cəlal Hüseynov bu gün debüt etdi. Bizə xeyir verə bilər. Bəhlul Mustafazadəni, Emin Mahmudovu, Qara Qarayevi qeyd edərdim. Emin möhtəşəm oynadı. Bilmirəm, onu daha əvvəl belə görmüşdünüzmü? Gənc komandamız var. Hamısından razı qaldım və onlara təşəkkürümü bildirdim. Emin Mahmudov İtaliya A Seriyasında rahat oynaya bilər. Dünən maşında onunla bu barədə danışdıq. Ola bilər ki, yaşı çoxdur, amma hamıdan çox qaçır. Maksim Medvedevi də qeyd etmək istərdim. Meydanda olanda ürəyini qoyur”.

De Byazi hazırda Azərbaycanın ən yaxşı futbolçusunun adını da açıqlayıb: “2021-ci ilin ilk yarısında Mahir Emreli “Qarabağ”da oynayırdı və komandanın bombardiri idi. Amma millidə qol vura bilmədi. Bu gün çox istəkli idi. Bəlkə də buna görə alınmır. Amma mənim üçün Emin Mahmudov hazırda Azərbaycanın ən yaxşı futbolçusudur. “Neftçi” ilə uzun müddətdən sonra çempion oldu. Onunla görüşümüzdən sonra çox dəyişdi. Futbola yanaşması çox xoşuma gəlir”.

Reklam
Şərh et

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Reklam


blank
Digər idman növləri2024-04-23 22:07

Dünya Güləş Birliyi Bayramovun Paris-2024-ə lisenziya qazandığını təsdiqlədi

blank
Milli komanda2024-04-23 21:51

Millimiz Belarus yığmasına böyük hesabla uduzdu

blank
Dünya futbolu2024-04-23 21:19

Musiala üçün daha bir müştəri

blank
Premyer-liqa2024-04-23 20:54

“Sabah” – “Səbail” oyununa xüsusi diqqət: Hədiyyələr olacaq

blank
Dünya futbolu2024-04-23 20:35

Bellingemin ən doğru addımı

blank
Digər idman növləri2024-04-23 19:38

Azərbaycan çempionatının qalibi bəlli oldu

blank
Ölkə futbolu2024-04-23 19:19

“Göygöl”, “Şahdağ Qusar” və “Füzuli”dən qələbə

blank
Dünya futbolu2024-04-23 19:01

“Liverpul”un futbolçusu iki həftəlik sıradan çıxıb

blank
Ölkə futbolu2024-04-23 18:44

“Fürsət düşsə, Rumıniyaya qayıdardım” – “Neftçi”nin futbolçusu

blank
Milli komanda2024-04-23 18:26

Azərbaycan millisinin rəqibi turnirdə iştirak edəcək

blank
Ölkə futbolu2024-04-23 18:09

“Qarabağ”ın uğurlarına sevinirəm, amma “Neftçi” mənə daha əzizdir” – VİDEO

blank
Digər idman növləri2024-04-23 17:52

Samboçular Göygöldə hazırlaşır

blank
Dünya futbolu2024-04-23 17:35

“Barselona” və “Bayern”i istəmədi, klubu ilə yeni müqavilə bağladı

blank
Ölkə futbolu2024-04-23 17:18

Yarımfinal oyunlarının təyinatları açıqlandı

blank
Digər idman növləri2024-04-23 17:01

AGF rəhbərliyi memorandum imzaladı

blank
Digər idman növləri2024-04-23 16:44

Bellingemə mükafatı Alkaras verdi

blank
Milli komanda2024-04-23 16:30

Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”

blank
Milli komanda2024-04-23 16:16

Millimiz Belarusda beynəlxalq turnirə qatılacaq

blank
Dünya futbolu2024-04-23 16:00

Varelanı Münhendə gözləyirlər

blank
Dünya futbolu2024-04-23 15:43

“Barselona” Arauxonu satmağa məcburdur

blank
Dünya futbolu2024-04-23 15:25

Modriç Madriddə qalır

blank
Dünya futbolu2024-04-23 15:08

AÇ-2024-ün oyunlarını idarə edəcək hakimlər bəlli oldu

blank
Digər idman növləri2024-04-23 14:52

“Prezident Kuboku-2024” beynəlxalq reqatasında 20-dən çox ölkə mübarizə aparacaq

blank
Ölkə futbolu2024-04-23 14:38

Bakıda UEFA fitnes məşqçilik kursunun 1-ci modulu başlayıb

blank
Digər idman növləri2024-04-23 14:20

Meydançaya 1000-dən çox kepka atıldı

blank
Digər idman növləri2024-04-23 14:02

“Medison Skver Qarden” ən sevimli arena seçildi

blank
Digər idman növləri2024-04-23 13:47

Azərbaycan çempionatında ilk finalçı məlum oldu

blank
Dünya futbolu2024-04-23 13:33

Pioli “İnter”in gücünü etiraf etdi

blank
Digər idman növləri2024-04-23 13:16

Nadalın oyunu tarixə düşəcək

blank
Dünya futbolu2024-04-23 13:01

Martines 2029-cu ilədək “İnter”də qalacaq

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm