Digər idman növləri
Danimarkanın ardıcıl 6-cı çempionluğu

Danimarka yığması tarixə düşüb. Bu ölkənin kişilərdən ibarət həndbol komandası ilki bacarıb.
Futbolinfo.az xəbər verir ki, danimarkalılar ardıcıl 3 dünya çempionluğunu qazanan ilk komanda olub. Onlar 2023-cü ildəki yarışın final matçında Fransanı məğlub edib – 34:29.
Daha öncə 2019 və 2021-ci illərdə dünyanın ən yaxşısı olan Danimarka 2016-da Olimpiya Oyunlarında da qalib gəlib. Amma bu baxımdan nə titullu komanda Fransadır. Dünən finalda yenilən “xoruzlar” 6 dəfə dünya çempionu olub.
