Dünya futbolu
DÇ-2022 üçün 36 referi: Cüneyt Çakır mundialdan kənarda qaldı
FİFA bu il Qətərdə keçiriləcək dünya çempionatının oyunlarına təyinat alacaq hakimlərin siyahısını açıqlayıb.
Futbolinfo.az ali futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, siyahıda 36 əsas, 69 köməkçi və 24 VAR hakimi yer alıb.
Türkiyəli məşhur FİFA referisi Cüneyt Çakır mundialdan kənarda qalıb. 46 yaşlı ədalət təmsilçisi 2018-ci ildə Rusiyadakı ənənəvi yarışda iş başında olsa da, bu mundiala dəvət almayıb.
Ruandalı Salima Mukansanqa, fransalı Stefani Frappar və yaponiyalı Yoşimi Yamaşita mundialların final mərhələsinə təyinat alan ilk qadın hakimlər kimi tarixə düşüb.
DÇ-2022-nin final mərhələsi noyabrın 21-dən dekabrın 18-dək təşkil olunacaq.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”