Digər idman növləri
DÇ-2027: Millimiz seçmə mərhələdə ilk qələbəsini qazandı
Kişi basketbolçulardan ibarət Azərbaycan millisi DÇ-2027-nin seçmə mərhələsində ilk qələbəsini qazanıb.
Futbolinfo.az xəbər verir ki, Tahir Baxşıyevin baş məşqçisi olduğu kollektiv Avropa zonası üzrə A qrupunun 2-ci turunda Kosovonu üstələyib.
“Sərhədçi” Olimpiya İdman Mərkəzində baş tutan qarşılaşmada yığmamız 87:77 hesablı qələbə qazanıb.
Yığmamız ilk turda İsveçrəyə (53:72) məğlub olmuşdu.