Digər idman növləri
DÇ: Azərbaycan təmsilçisi 16-cı oldu
![blank](https://futbolinfo.az/wp-content/plugins/wp-fastest-cache-premium/pro/images/blank.gif)
Azərbaycanın fiqurlu konkisürmə üzrə milli komandası Fransanın Monpelye şəhərindəki dünya çempionatında çıxışını başa vurub.
Futbolinfo.az xəbər verir ki, milli komanda üzvlərindən Vladimir Litvintsev martın 26-da sərbəst proqram üzrə son çıxışını edib. O, öz qrupunda 233.62 xal toplayaraq 16-cı yerdə qərarlaşıb. Bundan öncəki qısa proqramda isə Litvintsev 13-cü yerə sahib olmuşdu.
Azərbaycanı dünya çempionatında 4 fiqurlu konkisürən – Vladimir Litvintsev, Yekaterina Ryabova, həmçinin buz üstündə rəqs üzrə Yekaterina Kuznetsova və Aleksandr Kolosovski təmsil edib. Ryabova ilk qısa proqramda 9-cu yeri tutub. Sərbəst proqramda o, 10-cu olsa da, ümumi xal hesabında 9-cu yerlə kifayətlənib.
Kolosovski və Kuznetsova isə müvafiq xalları toplaya bilmədikləri üçün mərhələni keçə bilməyiblər.
Dünya çempionatına bu gün yekun vurulacaq.
![blank](https://futbolinfo.az/wp-content/plugins/wp-fastest-cache-premium/pro/images/blank.gif)
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Milli komanda2024-04-22 13:46
Fişer: “AFFA-dan təklif almamışam”
- Ölkə futbolu2024-04-23 08:00
“Səbail” “Sabah”a uduzsa…